• 27 İyul 2024
logo
Azərbaycanda yeni dərsliyin tədris edilməsinə başlanıla bilər

Azərbaycanda yeni dərsliyin tədris edilməsinə başlanıla bilər

Beynəlxalq Türk Akademiyası çərçivəsində 15-ci əsrədək olan Ortaq Türk Tarixi ilə bağlı hazırlanmış dərsliyin tədrisinə başlanması, eyni zamanda ortaq coğrafiya və ədəbiyyat dərsliklərinin hazırlanması ilə bağlı işlər gedir.

Trend-in məlumatına görə, bu barədə Təhsil naziri Ceyhun Bayramov Beynəlxalq Türk Akademiyasının Elmi Şurasının 3-cü iclasında çıxış edərkən deyib.

C.Bayramov bildirib ki, məsələ də iclasın gündəliyində müzakirə ediləcək: “Eyni zamanda, türk dünyasının görkəmli şəxsiyyətlərinin yubileyləri bu Elmi Şurada müzakirə ediləcək. Əminəm ki, 2020-ci il üçün məzmunlu və maraqlı iş planı təsdiq olunacaq".