• 29 Fevral 2020
logo
Paytaxtda kirayə mənzillər ucuzlaşıb

Paytaxtda kirayə mənzillər ucuzlaşıb

Bakıda kirayə mənzillərin qiyməti ucuzlaşıb. Bu barədə Trend-ə "MBA Group" konsaltinq şirkətinin direktoru Nüsrət İbrahimov deyib.

Onun sözlərinə görə, 2019-cu ilin dekabr ayı ərzində Bakıda kirayə mənzillərin qiyməti 1.73 faiz azalıb. Ekspert əlavə edib ki, obyektlərin icarəsi ay ərzində 1.25 faiz bahalaşıb. Fərdi yaşayış və bağ evlərinin kirayə qiyməti sabit qalıb.

Ucuzlaşmanın səbəbindən danışan ekspert bildirib ki, İpoteka Fondu tərəfindən kirayə mənzil layihəsinin işə salınması ilə bağlı informasiya, Mənzil İnşaatı Dövlət Agentliyinin xətti ilə 1200-dən artıq mənzilin satılması kirayə bazarına da öz təsirini göstərib.