• 16 İyul 2019
logo
add image
Bu ayın sonu metronun 2 stansiyasında ventilyatorların quraşdırılması başa çatacaq

Bu ayın sonu metronun 2 stansiyasında ventilyatorların quraşdırılması başa çatacaq

Bakı metrosunda havalandırma sisteminin təkmilləşdirilməsi istiqamətində işlər davam edir.
Bu barədə Trend-ə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, hazırda daha 2 havalandırma qurğusunun quraşdırılmasına başlanıb: "İyunun 4-də "Memar Əcəmi" və "Qara Qarayev" stansiyalarında yeni ventilyatorlar quraşdırıb istifadəyə verdik. Hazırda həmin stansiyalarda daha 2 ventilyator quraşdırılmağa başlanılıb. Bu ayın sonunda həmin ventilyatorların quraşdırılması prosesi başa çatacaq və istifadəyə veriləcək. Qalan 3 yeni ventilyator isə "Ulduz" və "Nizami" stansiyalarının tunellərində quraşdırılacaq".