• 19 Aprel 2024
logo
Ünvanlı yardımla bağlı müraciətə baxılması gecikərsə, vətəndaş nə etməlidir?

Ünvanlı yardımla bağlı müraciətə baxılması gecikərsə, vətəndaş nə etməlidir?

Vətəndaş ünvanlı sosial yardım üçün müraciət etdikdə 15 iş günü ərzində araşdırma aparılır və sosial yardım təyin olunur.

Bunu Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədr müavini Mətin Əsgər deyib.

O qeyd edib ki, müraciətə 15 iş günü ərzində baxılıb yekunlaşdırılır. M.Əsgər bildirib ki, əgər bu müddət keçirsə, vətəndaş yerli quruma müraciət edib araşdırmanın aparılmasını tələb edə bilər və ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qaynar xəttinə müraciət edə bilər.
M.Əsgər əlavə edib ki, ünvanlı sosial yardım aztəminatlı ailələrə təyin olunur. "Bu o ailələrdir ki, onların gəliri ailə üzvlərinin sayına görə müəyyən olunmuş ehtiyac meyarının məbləğindən aşağı olsun. Bununla bağlı təyinatların aparılması asanlaşdırılıb və müraciətlər elektron qaydada qəbul olunur. Şəxslərin gəlirləri, onların kommunal xərcləri elektron qaydada aidiyyəti qurumlara sorğu olunur. Onların istehlak etdiyi enerjisi, qaz və digər komunal ixdmətlərin həcminə uyğun olaraq gəlirləri müəyyən olunur, sosial yardım təyin edilir”, - deyə o qeyd edib.