• 18 Fevral 2020
logo
20 Yanvar - 30 il

20 Yanvar - 30 il

Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan dəyirmi masa keçirilib.

Tədbir iştirakçıları əvvəlcə şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. ADRA-nın İdarə Heyətinin sədri Aydın İbadov 20 Yanvar faciəsinin xalqımızın tarixinə qanlı, eyni zamanda qəhrəmanlıq, şərəf səhifəsi kimi yazıldığını qeyd edib. O, 30 il əvvəl baş verən siyasi proseslərdən bəhs edərək, faciənin əsas səbəblərinə toxunub. Bildirib ki, yalnız ümummilli lider Heydər Əliyev ailə üzvləri ilə birlikdə bütün çətinliklərə baxmayaraq, 1990-cı il yanvarın 21-də Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək, törədilən bu cinayəti qətiyyətlə pisləyib və bəyanatla çıxış edib. Sonrakı illərdə ümummilli lider Heydər Əliyevin tövsiyəsi ilə Azərbaycan Respublikasının Milli Məclisi xüsusi sessiya keçirib və bu qanlı hadisəyə siyasi-hüquqi qiymət verilib.

Hadisənin birbaşa şahidi və iştirakçıları olan tibb elmləri doktoru, professor Çingiz Rəhimov, fizika-riyaziyyat elmləri doktoru, BMT-nin Əməkçi Miqrantlar üzrə Komitəsinin üzvü Azad Tağızadə baş verən hadisənin Azərbaycan xalqına qarşı törədilən cinayət və açıq təcavüz olduğunu, həmçinin dünya dövlətlərinin bu hadisəyə verdiyi qiymətdən danışıblar. Tədbirin sonunda əməkdar jurnalist Mübariz Əsgərov 20 yanvar faciəsinə həsr edilən, müəllifi olduğu filmi təqdim edib.