• 27 İyul 2024
logo
Azərbaycan dilinin yeni orfoqrafiya lüğətinin siqnal variantı nəşr edilib

Azərbaycan dilinin yeni orfoqrafiya lüğətinin siqnal variantı nəşr edilib

Azərbaycan dilinin yeni orfoqrafiya lüğətinin siqnal variantı artıq nəşr edilərək Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutuna təkrar baxış üçün təqdim edilib.

Bunu institutun direktoru, akademik Möhsün Nağısoylu deyib.

Onun sözlərinə görə, yeni orfoqrafiya lüğətinin yanvar ayının sonunda və ya fevral ayının əvvəlində nəşr edilərək ictimaiyyətə təqdim ediləcəyi gözlənilir.

M.Nağısoylu əlavə edib ki, yeni lüğətə 2013-cü ildən sonra – son 6 il ərzində dilimizə daxil olan və əvvəlki lüğətdə unudulan 4000-ə yaxın söz daxil edilib. Bu lüğətdə ümumilikdə 97 mindən çox söz var:

"Yeni lüğətdən hazırkı lüğətdə mövcud olan qondarma, ikivariantlı yazılan, çox qəliz olan ərəb, fars sözləri çıxarılıb. Saxladığımız sözlər dilimizdə daha çox qəbul edilən, izahlı lüğətdə verilən sözlərdir. Yeni lüğətə ikivarinatlı sözlərdən dilimizdə daha çox işlək olanı daxil edilib".