• 16 Oktyabr 2021
logo
Doktoranturaya qəbul olmaq istəyənlərin xarici dil üzrə danışıq bacarıqları gələn ildən yoxlanılacaq

Doktoranturaya qəbul olmaq istəyənlərin xarici dil üzrə danışıq bacarıqları gələn ildən yoxlanılacaq

Doktoranturaya qəbul olmaq istəyən namizədlərin xarici dil üzrə imtahan zamanı danışıq bacarıqları növbəti qəbuldan etibarən yoxlanılacaq.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, "Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda dəyişiklik edilməsi barədə Nazirlər Kabinetinin 13 noyabr 2019-cu il tarixli 443 nömrəli Qərarına əsasən, doktoranturaya qəbul olmaq istəyənlər xarici dildən, fəlsəfədən və ixtisas fənnindən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər. Xarici dil üzrə imtahan Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilir. Xarici dil üzrə imtahanın məzmunu, vaxtı, imtahan nəticələrinin qiymətləndirilməsi qaydası və keçid balı Azərbaycan Milli Elmlər Akademiyası və Təhsil Naziriyi ilə razılaşdırılmaqla, DİM tərəfindən müəyyənləşdirilir.

Dissertantlıq yolu ilə “fəlsəfə doktoru” elmi dərəcəsi almaq istəyən şəxslər də xarici dildən bu qaydada qəbul imtahanı verirlər.

İmtahan suallarının cavablandırılmasına və essenin yazılmasına ümumilikdə 2 saat 30 dəqiqə vaxt ayrılır.