• 27 İyul 2024
logo
Millət vəkili yanğın baş verən kəndlərdə

Millət vəkili yanğın baş verən kəndlərdə

Hətta FHN əməkdaşları ilə birgə yanğınsöndürmə prosesində də iştirak edib

Avqustun 15-dən ölkənin şimal və şimal-qərb rayonlarında başlayan meşə yanğınları söndürülsı də, bəzi rayonlar yenidən alova bürübüb. Dünən Qəbələ rayonunda dağlıq ərazidə yanğın başlayıb. FHN-nin müvafiq qüvvə və texnikaları, o cümlədən 1 ədəd helikopter yanğınsöndürmə işlərinə cəlb olunub. Hadisə yerlərinə cavabdeh dövlət orqanlarının rəhbərləri baxış keçirib, müvafiq tapşırıqlarını veriblər. Yanğınların baş verdiyi ikinci gün - avqustun 17-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Şabranın yanğın baş verən kəndləri - Dağ Bilici, Zöhramlı, Pirəbədil, Taxtalar, Sumaqova, Qorğan, Xəlfələr və Siyəzənin "Qalaaltı" sanatoriyası və eyniadlı kəndində olub.
Millət vəkili hadisə yerində yerli sakinlərlə görüşüb. FHN əməkdaşları ilə söhbətlər aparıb, yanğının söndürülməsi prosesində iştirak edib.
Millət vəkili hadisə yerində iş başında olan FHN-nin əməkdaşları ilə də görüşüb, görülən işlərlə maraqlanıb. Yanğınsöndürənlər millət vəkilinə bildiriblər ki, yanğın yüksək dağlıq ərazidə baş verdiyindən texnikanın əraziyə cəlb edilməsində çətinliklər yaranıb. Helikopterlərin prosesə qoşulması da müsbət nəticə verməyib. Bildirilib ki, isti və quraq hava şəraiti, əsən külək tüstülənmə ocaqlarının tam söndürülməsinə mane olur. Amma yanğının tam söndürülmıdi istiqamətində bütün güc səfərbər olunub.
S.Qurbanovun ayaq saxladığı növbəti yer tanınmış mədəniyyət işçisi Bayram Ağasıyevin tamamilə yanmış evi olub. Həmin vaxt FHN əməkdaşları hələ də iş başında idilər, yanğın tam söndürülməmişdi. Millət vəkili hətta yanğınsöndürənlərə qoşularaq, yanğının tamamilə söndürülməsi prosesində iştirak edib.
Daha sonra evin sahibi, hadisə yerində olan kənd sakinləri ilə görüşüb, söhbətləşib, onlara mənəvi dəstəyini nümayiş etdirib. Bildirib ki, evin yenidən bərpası ilə bağlı müvafiq dövlət orqanlarına müraciət edəcək.
B.Ağasiyev bu hadisədən, eyni zamanda bütün mədəni, tarixi xəzinəsinin yandlğından kədərləndiyini və təəssüf hissi keçirdiyini bildirib. S.Qurbanov ona təsəlli verib, səbr arzulayıb. Qeyd edib ki, tez bir zamanda ona dəyən maddi və mənəvi ziyan dövlətimiz tərəfindən aradan qaldırılacaq: "Sizin kədərinizə, acınıza şərikəm. Amna şükür Allaha ki, canlı itki olmayıb. Eviniz əvvəlki görkəmdə tikiləcək, təmir olunacaq. Siz yenə də öz fəaliyyətinizi davam etdirəcəksiz, mədəni sahədə töhfələrinizi verəcəksiz".
Kənd sakinləri və hətta yanğınsöndürənlər hadisə yerinə gələn, zərərçəkən bir ailəyə mənəvi dəstək olduğuna görə millət vəkilinə minnətdarlığını bildiriblər.
S.Qurbanov oradan ayrıldıqdan sonra piyada yanıb külə dönən ətraf sahələrə baş çəkib.
Millət vəkili daha sonra Zöhramlı kəndinə üz tutub. Yolboyu ətraf meşə massivinin, üstünə meyvə dolu yabanı ağacların, meşə təsərrüfatının yanıb külə dönməsi, havanın yanıq qoxusu insanı təsirləndirə bilməzdi. Millət vəkili hər belə mənzərəni görəndə maşını saxlayıb ürəkağrısı ilə seyr edirdi.
Yolda millət vəkilinin gözünə FHN-nin daha bir yanğınsöndürən maşını və əməkdaşları dəyib. Maşını o tərəfə istiqamətləndirib. Qurum əməkdaşları meşənin çox da dərinlikdə olmayan hissələrində tüstülənməkdə olan yerləri söndürməyə gəlmişdilər. Su şlanklarını yenicə açırdılar, millət vəkili də bu işdə onlara kömək edib. Hətta birlikdə həmin yerə gedib, baş verə biləcək yanğını ram ediblər. İş bitəndən sonra yanğınsöndürənlərlə xatirə fotosu da çəkilib.
Növbəti ünvan isə Pirəbədil, Sumaqova, Qorğan və Xəlfələr kəndləri olub. Bu kəndlərdəki meşə massivlərində də ara sıra tüstülənməkdə olan obyektlərə rast gəlinirdi. Amma yerli mətbuatın yazdığı kimi Zöhramlı kənd camaatı təxliyə edilməmişdi, kənddə həyat davam edirdi.
Şabran Rayon İcra Hakimiyyətinin Qorğan kəndi üzrə nümayəndəsi Orxan Balabəyov bildirib ki, iki gündür kənd camaatı ilə birlikdə yanğınla mübarizə aparıblar və yanğın tam söndürülüb.
Uzaqdan tüstüyə, alova bürünən min illik tariximiz olan qədim "Çıraqqala" abidəsi görünürdü. Günorta saat 3 olardı, S.Qurbanov nahara belə oturmadı, onu müşayət edənlərlə birlikdə "Çıraqqala" ya üz tutub.
Eyniadlı kənd, sanatoriya və qalanın özü üçün də bir təhlükə vardı. Amma sanatoriyada istirahətə gələn yerli və əcnəbi turistlər heç də təşviş keçirmirdilər, qorxmurdular, həyat axarıncaydı. Hətta çoxu tüstü və xırda alovun ağuşunda olan əzəmətli qalanın foto və videolarını belə "maraqla" çəkirdilər. Burada da hadisə yerində FHN-nin qüvvələri vardı. Səmada isə helikopterlər görünürdü.
Millət vəkili buradan da canlı yayıma çıxıb. Hadisə,
söndürülməsi prosesi ilə bağlı ictimaiyyəti məlumatlandırlb. Eyni zamanda həm FHN əməkdaşları,
həm də istirahətə gələn turistlərlə görüşüb, söhbətləşib. Hətta S.Qurbanov İTV-nin kameraları önünə çıxıb.
Onu da qeyd edək ki, S.Qurbanov elə hadisə yerindəcə təəssüratlarını müvafiq dövlət orqanları rəhbərləri, yerli icra hakimiyyəti başçıları ilə bölüşüb, müəyyən məqamlarla bağlı onları məlumatlandırıb, tövsiyələrini verib.
Bütün kəndlərdə YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov millət vəkili ilə bir yerdə olub. Siyəzən rayon İcra hakimiyyətinin başçısı Novruz Novruzov da hadisə yerindəydi.

Cavid
Bakı-Şabran-Siyəzən-Bakı