• 23 Oktyabr 2024
logo
Sabahın hava proqnozu açıqlandı

Sabahın hava proqnozu açıqlandı

Avqustun 24-ə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında yağmursuz olacaq.
Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-24° isti, gündüz 32-35° isti, Bakıda gecə 20-22° isti, gündüz 33-35° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət gecə 50-55 %, gündüz 30-35 % olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 19-24° isti, gündüz 34-38° isti, dağlarda gecə 10-15° isti, gündüz 20-25° isti olacaq.