• 19 Aprel 2024
logo
Azərbaycanda bir gündə koronadan 7 nəfər vəfat etdi

Azərbaycanda bir gündə koronadan 7 nəfər vəfat etdi

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 545 yeni yoluxma faktı qeydə alınıb, 479 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 807017 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 793747 nəfər müalicə olunaraq sağalıb, 9784 nəfər vəfat edib, aktiv xəstə sayı 3486 nəfərdir.
Ölkədə son sutka ərzində 3802, hazırkı dövrədək isə 7 110 178 test aparılıb.