• 19 Aprel 2024
logo
İlham Əliyev 5 fərman, 1 sərəncam imzaladı

İlham Əliyev 5 fərman, 1 sərəncam imzaladı

15:42

Prezident İlham Əliyev “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 29 iyun tarixli 574-VIQD nömrəli Qanununun tətbiqi və “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 168 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanın mətnini təqdim edirik:

1. Müəyyən edilsin ki:

1.1. “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin ikinci hissəsinin birinci və ikinci cümlələrində, 9-cu maddəsinin beşinci hissəsinin ikinci cümləsində, 10-cu maddəsinin üçüncü hissəsində və beşinci hissəsinin ikinci cümləsində (hər iki halda), 13-cü maddəsinin ikinci hissəsində, 15-ci maddəsinin ikinci hissəsinin birinci və üçüncü cümlələrində, 16-cı maddəsinin altıncı hissəsində, 18-ci maddəsinin ikinci hissəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 10-cu maddəsinin üçüncü hissəsində və beşinci hissəsinin ikinci cümləsində (birinci halda), 15-ci maddəsinin ikinci hissəsinin üçüncü cümləsində, 16-cı maddəsinin altıncı hissəsində, 18-ci maddəsinin ikinci hissəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.3. həmin Qanunun 7-ci maddəsinin ikinci hissəsinin birinci və ikinci cümlələrində, 9-cu maddəsinin beşinci hissəsinin ikinci cümləsində, 10-cu maddəsinin beşinci hissəsinin ikinci cümləsində (ikinci halda), 13-cü maddəsinin ikinci hissəsində, 15-ci maddəsinin ikinci hissəsinin birinci cümləsində, 18-ci maddəsinin ikinci hissəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. üç ay müddətində:

2.1.1. “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin üçüncü hissəsinə uyğun olaraq arxiv fondu sənədlərinin daimi dövlət mühafizəsinə təhvil verilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

2.1.2. həmin Qanunun 15-ci maddəsinin ikinci hissəsinin üçüncü cümləsinə uyğun olaraq ödənişli arxiv xidmətlərinin siyahısını və onların göstərilməsinə görə xidmət haqlarının məbləğini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

2.1.3. həmin Qanunun 18-ci maddəsinin ikinci hissəsinin ikinci cümləsinə uyğun olaraq dövlət arxiv xidməti işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və dövlət arxiv xidmətinin maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin hesabına köçürülən vəsaitdən istifadə qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

2.1.4. həmin Qanunun 10-cu maddəsinin beşinci hissəsinin ikinci cümləsinə uyğun olaraq arxiv fondlarının tərkibi və həcmi barədə məlumatların verilməsi formasını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.1.5. həmin Qanunun 16-cı maddəsinin altıncı hissəsinə uyğun olaraq Milli arxiv fondu sənədlərindən istifadə qaydasını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.2. “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 29 iyun tarixli 574-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

3. “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 168 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 7, maddə 430; 2006, № 8, maddə 435; 2013, № 8, maddə 899; 2016, № 3, maddə 464) 2-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

“2. Müəyyən edilsin ki:

2.1. “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin ikinci hissəsinin birinci və ikinci cümlələrində, 9-cu maddəsinin beşinci hissəsinin ikinci cümləsində, 10-cu maddəsinin üçüncü hissəsində, beşinci hissəsinin birinci cümləsində (birinci halda) və ikinci cümləsində (hər iki halda), 13-cü maddəsinin ikinci hissəsində, 15-ci maddəsinin ikinci hissəsinin birinci və üçüncü cümlələrində, 16-cı maddəsinin altıncı hissəsində, 18-ci maddəsinin ikinci hissəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.2. həmin Qanunun 4-cü maddəsinin dördüncü hissəsində, 7-ci maddəsinin birinci hissəsinin birinci cümləsində, 10-cu maddəsinin beşinci hissəsinin birinci cümləsində (ikinci halda) və yeddinci hissəsində, 14-cü maddəsinin birinci hissəsinin ikinci cümləsində və 22-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

2.3. həmin Qanunun 10-cu maddəsinin üçüncü hissəsində və beşinci hissəsinin ikinci cümləsində (birinci halda), 15-ci maddəsinin ikinci hissəsinin üçüncü cümləsində, 16-cı maddəsinin altıncı hissəsində, 18-ci maddəsinin ikinci hissəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

2.4. həmin Qanunun 16-cı maddəsinin üçüncü hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya həyata keçirir;

2.5. həmin Qanunun 6-cı maddəsinin dördüncü hissəsində, 7-ci maddəsinin birinci hissəsinin ikinci cümləsində, 11-ci maddəsinin birinci hissəsində, 12-ci maddəsinin birinci hissəsinin ikinci cümləsində və 14-cü maddəsinin birinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi həyata keçirir;

2.6. həmin Qanunun 13-cü maddəsinin birinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;

2.7. həmin Qanunun 7-ci maddəsinin ikinci hissəsinin birinci və ikinci cümlələrində, 9-cu maddəsinin beşinci hissəsinin ikinci cümləsində, 10-cu maddəsinin beşinci hissəsinin ikinci cümləsində (ikinci halda), 13-cü maddəsinin ikinci hissəsində, 15-ci maddəsinin ikinci hissəsinin birinci cümləsində, 18-ci maddəsinin ikinci hissəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi nəzərdə tutulur;

2.8. həmin Qanunun 10-cu maddəsinin beşinci hissəsinin birinci cümləsində “elmi təşkilat” dedikdə Azərbaycan Milli Elmlər Akademiyası nəzərdə tutulur.”.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2006-cı il 18 aprel tarixli 391 nömrəli, “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaradılması haqqında” 2007-ci il 19 mart tarixli 560 nömrəli, “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”nın təsdiq edilməsi haqqında” 2010-cu il 10 fevral tarixli 218 nömrəli, “Bələdiyyələrin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi haqqında” 2010-cu il 24 may tarixli 271 nömrəli, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2011-ci il 16 fevral tarixli 386 nömrəli, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” 2012-ci il 13 fevral tarixli 593 nömrəli, “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamənin və Komitənin strukturunun təsdiq edilməsi barədə” 2012-ci il 4 iyun tarixli 646 nömrəli, “Heydər Əliyev Mərkəzinin Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” 2012-ci il 8 oktyabr tarixli 709 nömrəli, “Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Feldyeger Rabitəsi İdarəsi haqqında Əsasnamənin, onun strukturunun, habelə hərbi qulluqçularının və mülki işçilərinin ümumi say həddinin təsdiq edilməsi barədə” 2017-ci il 9 fevral tarixli 1227 nömrəli və “Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 18 iyul tarixli 215 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə fərman imalayıb.

Fərmanda deyilir:

1. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 4, maddə 323, № 12, maddə 1034; 2007, № 11, maddə 1105, № 12, maddə 1246; 2009, № 7, maddə 533, № 8, maddə 627, № 10, maddə 773, № 12, maddələr 983, 988; 2010, № 2, maddə 83, № 4, maddə 292, № 11, maddə 966; 2011, № 1, maddə 18, № 2, maddə 85, № 4, maddə 281, № 6, maddə 497, № 10, maddə 894, № 11, maddə 993; 2012, № 10, maddə 950; 2014, № 6, maddə 627, № 7, maddə 820, № 9, maddə 1029; 2016, № 1, maddə 77; 2017, № 2, maddə 184, № 10, maddə 1784; 2018, № 6, maddə 1205, № 7 (I kitab), maddə 1480; 2019, № 3, maddə 431, № 5, maddə 860, № 6, maddə 1044, № 12, maddə 1927; 2020, № 7, maddə 882; 2021, № 5, maddə 439; 2022, № 1, maddə 29, № 4, maddə 332) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”nin 9.48-ci bəndindən “saxlanılması və” sözləri çıxarılsın.

2. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 560 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 3, maddə 239; 2008, № 1, maddə 4, № 3, maddə 168, № 8, maddə 722, № 11, maddə 970; 2009, № 1, maddə 11, № 4, maddə 221, № 7, maddə 532, № 12, maddə 983; 2010, № 2, maddə 83, № 3, maddə 193, № 7, maddə 625; 2011, № 2, maddə 85, № 3, maddə 178, № 11, maddə 994; 2012, № 4, maddə 287; 2013, № 2, maddə 121, № 5, maddə 513, № 9, maddə 1044, № 12, maddə 1551; 2014, № 9, maddə 1063; 2015, № 2, maddə 119, № 9, maddə 978; 2016, № 5, maddə 868; 2017, № 5, maddə 816; 2019, № 5, maddə 836) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”nin 9.29-cu bəndindən “saxlanılması və” sözləri çıxarılsın.

3. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 fevral tarixli 218 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 2, maddə 82; 2013, № 2, maddə 118; 2016, № 2 (II kitab), maddə 248; 2017, № 11, maddə 2026) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”nın 8.6-cı bəndində “saxlanmaq” sözü “mühafizə” sözü ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli 271 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 5, maddə 400, № 6, maddə 500; 2013, № 2, maddə 119; 2016, № 2 (II kitab), maddə 247; 2018, № 1, maddə 38) ilə təsdiq edilmiş “Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası”nın 8.3-cü bəndində “saxlanmaq” sözü “mühafizə” sözü ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 2, maddə 90, № 7, maddə 625, № 11, maddə 996; 2012, № 9, maddə 853, № 11, maddə 1084; 2013, № 2, maddə 124, № 12, maddə 1525; 2014, № 7, maddə 789, № 9, maddə 1053; 2015, № 1, maddə 17, № 3, maddələr 263, 264, № 6, maddə 705, № 8, maddə 908, № 10, maddə 1134; 2016, № 3, maddə 437, № 5, maddə 859, № 6, maddələr 1051, 1072, № 9, maddə 1633; 2018, № 3, maddə 433, № 6, maddə 1245; 2019, № 1, maddə 73, № 2, maddə 245, № 5, maddə 845, № 6, maddə 1036, № 7, maddə 1232, № 8, maddə 1397, № 11, maddə 1718, № 12, maddə 1935; 2020, № 3, maddə 247, № 6, maddə 717, № 8, maddə 1036; 2021, № 4, maddə 318, № 8, maddə 922, № 12, maddə 1403; Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 iyul tarixli 1774 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”nin 3.1.67-ci yarımbəndindən “saxlanılması və” sözləri çıxarılsın.

6. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 2, maddə 82; 2015, № 2, maddə 138, № 7, maddə 831, № 11, maddə 1320; 2016, № 6, maddə 1034, № 10, maddə 1612; 2017, № 12 (I kitab), maddələr 2282, 2294; 2018, № 11, maddə 2258; 2019, № 5, maddə 847; 2020, № 7, maddə 878, № 11, maddə 1349; 2021, № 1, maddə 36; 2022, № 4, maddələr 314, 324) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin 3.0.55-ci yarımbəndindən “saxlanılmasını və” sözləri çıxarılsın.

7. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 6, maddə 540; 2013, № 12, maddə 1552; 2014, № 1, maddə 14; 2015, № 6, maddə 699; 2016, № 9, maddə 1487, № 10, maddə 1626; 2017, № 12 (I kitab), maddə 2333; 2018, № 7 (I kitab), maddə 1487; 2019, № 6, maddə 1031; 2020, № 2, maddə 97, № 6, maddə 702; Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 18 iyul tarixli 1753 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”nin 3.1.49-cu yarımbəndindən “saxlanılmasını və” sözləri çıxarılsın.

8. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 oktyabr tarixli 709 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 10, maddə 948; 2019, № 10, maddə 1579) ilə təsdiq edilmiş “Heydər Əliyev Mərkəzinin Əsasnaməsi”nin 3.1.9-cu yarımbəndindən “saxlanılmasını və” sözləri çıxarılsın.

9. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 9 fevral tarixli 1227 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 171; 2018, № 10, maddə 2021) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Feldyeger Rabitəsi İdarəsi haqqında Əsasnamə”nin 3.0.14-cü yarımbəndindən “saxlanılmasını və” sözləri çıxarılsın.

10. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 215 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 7 (I kitab), maddə 1501, № 11, maddə 2275; 2019, № 6, maddə 1049; 2020, № 2, maddə 96) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin Nizamnaməsi”nin 3.1.25-ci yarımbəndindən “saxlanılmasını və” sözləri çıxarılsın.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ın təsdiq edilməsi haqqında” 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli, “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında məxfi sənədlərlə iş üzrə kargüzarlığın aparılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2005-ci il 19 yanvar tarixli 179 nömrəli, “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2007-ci il 28 dekabr tarixli 695 nömrəli, “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri haqqında” 2009-cu il 9 fevral tarixli 48 nömrəli, “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2011-ci il 22 noyabr tarixli 525 nömrəli, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2012-ci il 6 iyun tarixli 648 nömrəli, “Bələdiyyələrin Nümunəvi Reqlamenti”nin təsdiq edilməsi haqqında” 2012-ci il 21 dekabr tarixli 792 nömrəli, “Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2016-cı il 23 iyun tarixli 950 nömrəli və “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyəti ilə bağlı bir sıra tədbirlər haqqında” 2020-ci il 27 mart tarixli 975 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

1. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 9, maddə 486; 2007, № 5, maddə 459; 2008, № 6, maddə 498, № 8, maddə 721; 2015, № 7, maddə 837; 2016, № 8, maddə 1384; 2017, № 3, maddə 353; 2019, № 2, maddə 209, № 3, maddə 410, № 11, maddə 1701; 2021, № 1, maddə 41; Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 avqust tarixli 1802 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”da aşağıdakı dəyişikliklər edilsin:

1.1. 45-ci bənddə “saxlanan” sözü “mühafizə olunan” sözləri ilə əvəz edilsin;

1.2. 52-ci bəndin birinci abzasında “saxlanmaq” sözü “mühafizə” sözü ilə əvəz edilsin;

1.3. 131-ci bənddə “saxlanma” sözü “saxlanılma” sözü ilə əvəz edilsin;

1.4. 134-cü bənddə “saxlanılmaq” sözü “mühafizə” sözü ilə əvəz edilsin;

1.5. 138-ci bənd üzrə:

1.5.1. birinci abzasda “saxlanılan” sözü “mühafizə olunan” sözləri ilə əvəz edilsin;

1.5.2. ikinci abzasın birinci cümləsində “sənədlər” sözü “arxiv fondu sənədləri” sözləri ilə, “saxlanma” sözü “mühafizə” sözü ilə, “daimi saxlanmaq üçün Dövlət Arxivinə təhvil verilir” sözləri “Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydaya uyğun olaraq daimi dövlət mühafizəsinə təhvil verilməlidir” sözləri ilə əvəz edilsin;

1.6. 139-cu bənd ləğv edilsin;

1.7. 153.2-ci yarımbənddə “Qanununda müəyyən edilmiş müddətdən az olmamalıdır” sözləri “Qanununa uyğun olaraq müəyyən edilmiş müddətdə olmalıdır” sözləri ilə əvəz edilsin;

1.8. 153.7-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“153.7. elektron sənədlər daimi mühafizə üçün dövlət arxivinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydaya uyğun olaraq təhvil verilir;”;

1.9. həmin Təlimata 15 nömrəli Əlavə üzrə:

1.9.1. “İşlərin nomenklatur-siyahısı”nda “Saxlama” sözü “Saxlanılma” sözü ilə əvəz edilsin;

1.9.2. “Hazırlanmış işlərin kateqoriyaları və miqdarı haqqında yekun qeydi”ndə “Saxlanma” sözü “Saxlanılma” sözü ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 19 yanvar tarixli 179 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 1, maddə 13; 2016, № 7, maddə 1262; 2017, № 3, maddə 353; 2018, № 12 (I kitab), maddə 2590) ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında məxfi sənədlərlə iş üzrə kargüzarlığın aparılması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 150-ci bənddə “saxlama” sözü “saxlanılma” sözü ilə əvəz edilsin;

2.2. 179-cu bənddə “uçotunu və saxlanılmasını” sözləri “qeydiyyatını və mühafizəsini” sözləri ilə əvəz edilsin;

2.3. 183-cü bəndin birinci cümləsində hər iki halda “saxlanılmalı” sözü “mühafizə olunmalı” sözləri ilə, “saxlanılması” sözü “mühafizəsi” sözü ilə, “saxlama” sözü “saxlanılma” sözü ilə əvəz edilsin;

2.4. 184-cü bəndin birinci cümləsində “uçot” sözü “qeydiyyat” sözü ilə, “saxlanılmalı” sözü “mühafizə olunmalı” sözləri ilə və ikinci cümləsində “saxlanılmalı” sözü “mühafizə olunmalı” sözləri ilə əvəz edilsin;

2.5. 185-ci bəndin birinci abzasında hər iki halda “saxlanılmalı” sözü “mühafizə olunmalı” sözləri ilə, ikinci halda “saxlama” sözü “saxlanılma” sözü ilə əvəz edilsin;

2.6. 186-cı bənd üzrə:

2.6.1. birinci abzasın birinci cümləsində “saxlanılmaq” sözü “mühafizə” sözü ilə əvəz edilsin;

2.6.2. ikinci abzasda hər iki halda “saxlanılmalı” sözü “mühafizə olunmalı” sözləri ilə əvəz edilsin;

2.6.3. üçüncü abzasda “saxlanılmalı” sözü “mühafizə olunmalı” sözləri ilə əvəz edilsin;

2.7. 187-ci bənd üzrə:

2.7.1. birinci abzasda “saxlanılmalı” sözü “mühafizə olunmalı” sözləri ilə əvəz edilsin;

2.7.2. üçüncü abzasda hər iki halda “saxlanılan” sözü “mühafizə olunan” sözləri ilə əvəz edilsin;

2.8. 188-ci bənddə “uçotu və saxlanılması” sözləri “qeydiyyatı və mühafizəsi” sözləri ilə əvəz edilsin;

2.9. 189-cu bəndin birinci cümləsində “saxlanılmalı” sözü “mühafizə olunmalı” sözləri ilə, “saxlanıldıqdan” sözü “mühafizə olunduqdan” sözləri ilə əvəz edilsin;

2.10. 190-cı bənd üzrə:

2.10.1. birinci abzasda “saxlanılan” sözü “mühafizə olunan” sözləri ilə əvəz edilsin;

2.10.2. ikinci abzasda “saxlanılan” sözü “mühafizə olunan” sözləri ilə, “saxlanılmaq” sözü “mühafizə” sözü ilə əvəz edilsin;

2.11. 191-ci bənddə “saxlanılan” sözü “mühafizə olunan” sözləri ilə əvəz edilsin;

2.12. 192-ci bəndin ikinci cümləsində “saxlanılmaq” sözü “mühafizə” sözü ilə əvəz edilsin;

2.13. 193-cü bənddə “saxlama” sözü “saxlanılma” sözü ilə əvəz edilsin;

2.14. 195-ci bənddə “Saxlama” sözü “Saxlanılma” sözü ilə, “saxlanılan” sözü “mühafizə olunan” sözləri ilə əvəz edilsin;

2.15. 197-ci bəndin üçüncü abzasında “uçotuna və saxlanılmasına” sözləri “qeydiyyatına və mühafizəsinə” sözləri ilə əvəz edilsin;

2.16. Qaydaya 13 nömrəli əlavə – “Xüsusi əhəmiyyətli, tam məxfi və məxfi işlərin nomenklaturu”nda “Saxlama” sözü “Saxlanılma” sözü ilə əvəz edilsin;

2.17. Qaydaya 36 nömrəli əlavə – “Sənədlərin və işlərin məhvetmə aktı”nda “saxlama” sözü “saxlanılma” sözü ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 dekabr tarixli 695 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 12, maddə 1245; 2008, № 10, maddə 898; 2009, № 4, maddə 219, № 12, maddə 983; 2011, № 2, maddə 85; 2016, № 3, maddə 458; 2017, № 3, maddə 360; 2018, № 11, maddə 2278; 2021, № 7, maddə 727) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi haqqında Əsasnamə”nin 8.44-cü bəndində “sənədlərin uçotunu, saxlanılmasını” sözləri “arxiv sənədlərinin qeydiyyatını, mühafizəsini” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 2, maddə 61, № 7, maddə 533, № 10, maddə 780, № 12, maddə 983; 2010, № 2, maddələr 77, 80; 2011, № 2, maddə 85; 2015, № 2, maddə 108, № 9, maddə 988; 2016, № 9, maddə 1479; 2017, № 5, maddə 771, № 6, maddə 1081; 2018, № 1, maddə 47, № 3, maddə 450, № 5, maddə 912, № 12 (I kitab), maddələr 2556, 2572; 2019, № 3, maddə 409, № 5, maddə 834, № 10, maddə 1587; 2021, № 9, maddə 988) ilə təsdiq edilmiş Əlavə V – “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti haqqında Əsasnamə”nin 8.19-cu bəndində “saxlanılması və uçotunun” sözləri “mühafizəsi və qeydiyyatının” sözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 22 noyabr tarixli 525 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 11, maddə 997) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyi haqqında Əsasnamə”nin 8.55-ci bəndində “saxlanmasını və uçotunu” sözləri “mühafizəsini və qeydiyyatını” sözləri ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 6, maddə 542; 2013, № 1, maddə 29, № 2, maddə 117, № 3, maddə 246, № 8, maddə 909, № 10, maddə 1155, № 12, maddə 1514; 2014, № 5, maddələr 477, 487, № 9, maddə 1027, № 12, maddə 1577; 2015, № 3, maddə 271, № 9, maddə 1005, № 11, maddə 1322, № 12, maddə 1448; 2016, № 2 (II kitab), maddə 273, № 5, maddələr 859, 864, № 8, maddə 1384, № 9, maddə 1464, № 10, maddə 1647, № 11, maddə 1835; 2017, № 3, maddə 353, № 4, maddə 545, № 5, maddə 807, № 8, maddə 1521, № 10, maddə 1797; 2018, № 2, maddələr 191, 215, № 3, maddə 427, № 4, maddə 659, № 7 (I kitab), maddə 1462, № 10, maddə 2017, № 12 (I kitab), maddələr 2538, 2596; 2019, № 3, maddə 406, № 4, maddə 655, № 5, maddələr 820, 826, 848, 852, 857, № 6, maddə 1037, № 12, maddə 1936; 2020, № 1, maddə 7, № 8, maddə 1039, № 10, maddə 1247; 2021, № 1, maddələr 16, 36, № 6 (I kitab), maddə 567, № 8, maddə 919, № 11, maddə 1211, № 12, maddə 1367; 2022, № 1, maddə 29, № 4, maddələr 302, 323; Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 31 may tarixli 1707 nömrəli və 8 iyun tarixli 1710 nömrəli fərmanları) ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.1.10-cu yarımbəndində “saxlanmasını, qorunmasını, müəyyən olunmuş müddətlərdə nomenklatura uyğun seçilərək Dövlət Arxivinə” sözləri “mühafizəsini, müvəqqəti mühafizə müddətləri başa çatdıqdan sonra arxiv fondu sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydaya uyğun olaraq daimi dövlət mühafizəsinə” sözləri ilə əvəz edilsin.

7. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 21 dekabr tarixli 792 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 12, maddə 1266) ilə təsdiq edilmiş “Bələdiyyələrin Nümunəvi Reqlamenti”nin 4.5-ci bəndində “saxlanıldıqdan sonra Dövlət Arxivinin Ekspert-Yoxlama Komissiyasının təsdiq etdiyi siyahılar əsasında dövlət arxivinə təhvil verilməlidir” sözləri “saxlanılır” sözü ilə əvəz edilsin və aşağıdakı məzmunda ikinci cümlə əlavə olunsun:

“Müvəqqəti mühafizə müddətləri başa çatdıqdan sonra arxiv fondu sənədləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydaya uyğun olaraq daimi dövlət mühafizəsinə təhvil verilməlidir.”.

8. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 950 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 6, maddə 1046) ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”nın 5.5-ci bəndinin ikinci cümləsində “qorunub saxlanmasına” sözləri “mühafizəsinə” sözü ilə əvəz edilsin.

9. “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyəti ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 mart tarixli 975 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 3, maddə 251) aşağıdakı dəyişikliklər edilsin:

9.1. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidməti haqqında Əsasnamə”nin 3.0.33-cü yarımbəndində “saxlanılmasını və uçotunu” sözləri “mühafizəsini və qeydiyyatını” sözləri ilə əvəz edilsin;

9.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti haqqında Əsasnamə”nin 3.0.40-cı yarımbəndində “saxlanılmasını və uçotunu” sözləri “mühafizəsini və qeydiyyatını” sözləri ilə əvəz edilsin;

9.3. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti haqqında Əsasnamə”nin 3.0.47-ci yarımbəndində “saxlanılmasını və uçotunu” sözləri “mühafizəsini və qeydiyyatını” sözləri ilə əvəz edilsin;

9.4. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti haqqında Əsasnamə”nin 3.0.74-cü yarımbəndində “saxlanılmasını və uçotunu” sözləri “mühafizəsini və qeydiyyatını” sözləri ilə əvəz edilsin.

***

Prezident İlham Əliyev Dövlət ümumi təhsil müəssisələrinin rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin vəzifə maaşlarına aylıq əlavələr müəyyən edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

1. 2022-ci il sentyabrın 1-dən dövlət ümumi təhsil müəssisələrinin aşağıdakı rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) sertifikatlaşdırmadan keçən təhsilverənlərinin vəzifə maaşlarına aylıq əlavə müəyyən edilsin:

1.1. direktor və direktor müavinlərinin (təhsilalanların sayına görə);

1.2. təhsilverənlərin (sertifikatlaşdırmanın nəticəsinə görə).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində nəzərdə tutulan əlavələrin məbləğlərini 2022-ci il sentyabrın 1-dək təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

1. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 934 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 9, maddə 485; 2005, № 10, maddə 910; 2006, № 9, maddə 741; 2008, № 11, maddə 970; 2009, № 12, maddə 983; 2011, № 2, maddə 85) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1.1. 3-cü bənddə “və digər yerli dövlət arxivləri” sözləri “, dövlət arxivinin filialları və sənədləri dəyişən tərkibli rayon (şəhər) dövlət arxivləri” sözləri ilə əvəz edilsin;

1.2. 4-cü bənd aşağıdakı redaksiyada verilsin:

“4. İdarənin saxlanılması və fəaliyyəti ilə bağlı xərclər Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.”;

1.3. 7.3-cü, 7.8-ci və 8.4-cü bəndlərdə ismin müvafiq hallarında “uçotu” sözü ismin müvafiq hallarında “qeydiyyatı” sözü ilə əvəz edilsin;

1.4. aşağıdakı məzmunda 7.9-2-ci bənd əlavə edilsin:

“7.9-2. arxiv işi sahəsində kadr hazırlığını təmin etmək, həmçinin mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görmək;”;

1.5. 8.2-ci bənddə “uçotunu” sözü “qeydiyyatını” sözü ilə, “mühafizəsi və istifadəsi üzərində” sözləri “komplektləşdirilməsi, dövlət qeydiyyatı, mühafizəsi və istifadəsi sahəsində “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin icrasına” sözləri ilə əvəz edilsin;

1.6. 8.8-ci bənddə “arxiv işində elektron avtomatik informasiya sisteminin tətbiqi və istifadəsi üzrə texniki təchizat siyasətini müəyyən edir, informasiya şəbəkəsi və bazası yaradılması işini təşkil edir” sözləri “informasiya və kommunikasiya texnologiyalarını tətbiq etməklə arxiv işinin modernləşdirilməsini, arxiv sənədlərinin rəqəmsallaşdırılmasını və vahid elektron arxiv məlumat sisteminin yaradılmasını təmin edir” sözləri ilə əvəz edilsin;

1.7. 8.10-cu bənddə “saxlama müddətləri də göstərilməklə sənədlərin nümunəvi siyahılarını işləyib hazırlayır və təsdiq edir, idarələr tərəfindən saxlama müddətləri göstərilməklə işlənib hazırlanmış siyahılara baxır və” sözləri “dövlət orqanlarının (qurumlarının), bələdiyyə orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan arxiv sənədlərinin saxlanılma müddəti göstərilməklə nümunəvi siyahısını və həmin müddətlərin tətbiqi qaydasını təsdiq edir, dövlət orqanları (qurumları), bələdiyyə orqanları, idarə, müəssisə və təşkilatlar tərəfindən hazırlanmış arxiv sənədlərinin sahə siyahılarını” sözləri ilə əvəz edilsin;

1.8. 8.14-cü bənd ləğv edilsin;

1.9. 8.15-ci bənd aşağıdakı redaksiyada verilsin:

“8.15. dövlət arxiv xidməti təşkilatlarının fəaliyyət sahələri üzrə ödənişli arxiv xidmətlərinin siyahısı və onların göstərilməsinə görə xidmət haqlarının məbləği barədə aidiyyəti üzrə təkliflər verir;”;

1.10. 8.16-cı bəndin üçüncü cümləsinə “dövlət arxiv” sözlərindən sonra “xidməti” sözü əlavə edilsin;

1.11. aşağıdakı məzmunda 9.4-1-ci bənd əlavə edilsin:

“9.4-1. arxiv işi sahəsi üzrə beynəlxalq təşkilatlarla, xarici dövlətlərin arxiv xidməti qurumları ilə əməkdaşlıq etmək, xarici dövlətlərin arxiv işi sahəsindəki təcrübəsini öyrənmək;”;

1.12. 13.3-cü bənddə “və tabeliyində olan qurumların əsasnamələrini təsdiq edir” sözləri “, tabeliyində olan qurumların, Elmi-Metodiki Şuranın və Mərkəzi Ekspert-Yoxlama Komissiyasının əsasnamələrini, strukturuna daxil olmayan tabeliyindəki qurumların nizamnamələrini təsdiq edir, həmçinin bu Əsasnamənin 15-1-ci bəndi ilə İdarənin kollegiyasının (bundan sonra – kollegiya) səlahiyyətlərinə aid edilməyən məsələlər barədə normativ hüquqi aktları qərarlar formasında qəbul edir” sözləri ilə əvəz edilsin;

1.13. aşağıdakı məzmunda 13.3-1-ci bənd əlavə edilsin:

“13.3-1. Apellyasiya Şurasının sədrini, habelə Apellyasiya Şurası sədrinin təqdimatı (təklifi) əsasında Apellyasiya Şurasının digər üzvlərini, katibliyin rəhbərini və tərkibini təsdiq edir;”;

1.14. 13.4-cü və 13.6-cı bəndlər aşağıdakı redaksiyada verilsin:

“13.4. əmrlər və sərəncamlar formasında qeyri-normativ hüquqi aktları qəbul edir, onların və İdarədə qəbul edilmiş normativ hüquqi aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir, habelə İdarənin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;”;

“13.6. İdarənin aparatının işçilərini, strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərlərini və işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;”;

1.15. 14-cü bəndin birinci cümləsində “İdarə sisteminin” sözləri “Naxçıvan Muxtar Respublikasının aidiyyəti icra hakimiyyəti orqanının rəhbəri, İdarənin rəhbər işçiləri” sözləri ilə əvəz edilsin və həmin bəndin ikinci cümləsindən “şəxsi” sözü çıxarılsın;

1.16. 15-ci bənd aşağıdakı redaksiyada verilsin:

“15. “Kollegiya öz iclasında İdarənin fəaliyyəti ilə bağlı məsələləri müzakirə edir və müvafiq qərarlar qəbul edir.”;

1.17. aşağıdakı məzmunda 15-1-ci bənd əlavə edilsin:

“15-1. Kollegiya qərarlar formasında aşağıdakı normativ hüquqi aktları qəbul edir:

15-1.1. İdarə ilə digər şəxslər (qurumlar) arasındakı münasibətləri tənzimləyən normativ hüquqi aktları;

15-1.2. qəbul edilməsi Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən İdarəyə tapşırılmış konkret normativ hüquqi aktları;

15-1.3. bir neçə dövlət orqanının fəaliyyətini tənzimləyən vahid (birgə) normativ hüquqi aktları;

15-1.4. qanunvericiliklə müəyyən edilmiş hallarda müvafiq dövlət orqanları (qurumları) ilə razılaşdırılmalı olan normativ hüquqi aktları;

15.1.5. İdarə rəisinin təşəbbüsü ilə kollegiyanın müzakirəsinə çıxarılan bu Əsasnamənin 13.3-cü bəndində nəzərdə tutulmuş normativ hüquqi aktları;

15-1.6. bu Əsasnamənin 15-1.1–15-1.5-ci bəndlərinə uyğun olaraq kollegiyanın qəbul etdiyi normativ hüquqi aktların ləğvi və onlarda dəyişikliklər edilməsi barədə normativ hüquqi aktları.”;

1.18. 17-ci bəndin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Kollegiyanın qərarı qəbul edilərkən səslər bərabər olarsa, kollegiya sədrinin səsi həlledici hesab edilir.”;

1.19. aşağıdakı məzmunda 17-1-ci bənd əlavə edilsin:

“17-1. Kollegiyanın üzvləri arasında fikir ayrılığı yarandığı hallarda İdarənin rəisi bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməklə öz qərarını həyata keçirir. Kollegiyanın üzvləri şəxsi fikirlərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edə bilərlər.”;

1.20. 18-ci bəndə “nümayəndələri” sözündən əvvəl “, qeyri-hökumət təşkilatlarının” sözləri əlavə edilsin;

1.21. 19-cu bənddə “Elmi” sözü “Elmi-Metodiki” sözləri ilə əvəz edilsin;

1.22. 20-ci bənd ləğv edilsin;

1.23. aşağıdakı məzmunda 21-ci bənd əlavə edilsin:

“21. Sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər tərəfindən özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı İdarənin qərarlarından, hərəkət və hərəkətsizliyindən (Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 762 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə”də nəzərdə tutulmuş hallar istisna olmaqla) verilmiş təkrar şikayətlərə, habelə dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibələrin nəticələrindən namizədlərin verdikləri şikayətlərə baxan, ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərən və kollegial orqan olan Apellyasiya Şurası yaradılır.”.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin aparatının, onun strukturuna daxil olmayan tabeliyindəki qurumların işçilərinin say həddini bir ay müddətində müəyyən etsin.

***

Prezident İlham Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Sənədlərin Ekspertizası və Arxiv İşi üzrə Mərkəzi Ekspert Komissiyasının yaradılması haqqında” 1999-cu il 14 may tarixli 146 nömrəli və “Azərbaycan Respublikasının rayon, şəhər, şəhərlərdə rayon icra hakimiyyəti başçılarının aparatlarında sənədlərlə iş barədə Təlimat”ın təsdiq edilməsi haqqında” 2000-ci il 6 mart tarixli 347 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Sərəncamda deyilir:

1. “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Sənədlərin Ekspertizası və Arxiv İşi üzrə Mərkəzi Ekspert Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 146 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 5, maddə 307; 2010, № 2, maddə 80; 2016, № 7, maddə 1295) aşağıdakı dəyişikliklər edilsin:

1.1. preambulada “saxlanmaq” sözü “mühafizə” sözü ilə əvəz edilsin;

1.2. həmin Sərəncamın 1-ci hissəsi ilə yaradılmış Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Sənədlərin Ekspertizası və Arxiv İşi üzrə Mərkəzi Ekspert Komissiyasının tərkibi aşağıdakı redaksiyada verilsin:

“Komissiyanın sədri

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Sənəd dövriyyəsi şöbəsinin müdiri

Komissiyanın üzvləri:

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyi rəisinin müavini

Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin müavini

Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi.”;

1.3. həmin Sərəncamla təsdiq edilmiş “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Sənədlərin Ekspertizası və Arxiv İşi üzrə Mərkəzi Ekspert Komissiyası haqqında Əsasnamə” üzrə:

1.3.1. 1-ci hissə üzrə:

1. 1-ci bəndə “Administrasiyasında” sözündən sonra “(bundan sonra – Administrasiya)” sözləri əlavə olunsun və həmin bənddə “Komissiyası*” sözü “Komissiyası (bundan sonra – Mərkəzi Ekspert Komissiyası)” sözləri ilə, “Dövlət Arxivinə” sözləri “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə (bundan sonra – Dövlət Arxivi)” sözləri ilə əvəz edilsin;

2. 2-ci bənd aşağıdakı redaksiyada verilsin:

“2. Mərkəzi Ekspert Komissiyası öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 1374 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Sənədlərlə iş barədə Təlimat”ı, Azərbaycan Respublikası Prezidentinin digər sərəncamlarını, bu Əsasnaməni və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarını rəhbər tutur.”;

3. 3-cü bəndin ikinci cümləsində “Azərbaycan Respublikası Prezidenti Administrasiyasının” sözləri “Administrasiya” sözü ilə əvəz edilsin;

4. 4-cü bənddə “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında” sözləri “Administrasiyada” sözü ilə, “Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin məxfi hissəsi” sözləri “Sənəd dövriyyəsi şöbəsinin müvafiq struktur bölməsi” sözləri ilə əvəz edilsin və həmin bənddən “xüsusi” sözü çıxarılsın;

1.3.2. 2-ci hissənin 1-ci bəndi üzrə:

1. ikinci abzasda “Prezidentin Administrasiyasının Arxivində” sözləri “Administrasiyanın fəaliyyəti nəticəsində yaranan arxiv sənədlərinin məcmusunun komplektləşdirilməsini, qeydiyyatını, mühafizəsini və istifadəsini həyata keçirən müvafiq struktur bölməsində (bundan sonra – Administrasiyanın Arxivi)” sözləri ilə əvəz edilsin;

2. dördüncü abzasda “saxlanan və saxlanma” sözləri “mühafizə olunan və saxlanılma” sözləri ilə əvəz edilsin;

1.3.3. 2-ci hissənin 2-ci bəndi üzrə:

1. ikinci abzasda “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının” sözləri “Administrasiyanın” sözü ilə, “saxlanmasının” sözü “mühafizəsinin” sözü ilə və “uçotunun” sözü “qeydiyyatının” sözü ilə əvəz edilsin;

2. üçüncü abzasda “saxlanılmaq” sözü “mühafizə” sözü ilə əvəz edilsin;

3. dördüncü abzasda “saxlama” sözü “saxlanılma” sözü ilə əvəz edilsin;

4. beşinci abzasda “Prezidentin Administrasiyasında” sözləri “Administrasiyada” sözü ilə əvəz edilsin;

5. altıncı abzasda “Prezidentin Administrasiyasının” sözləri “Administrasiyanın” sözü ilə əvəz edilsin;

6. yeddinci abzasda “uçot” sözü “qeydiyyat” sözü ilə əvəz edilsin;

7. on birinci abzasda “Prezidentin” sözü “Azərbaycan Respublikası Prezidentinin” sözləri ilə əvəz edilsin;

1.3.4. 2-ci hissənin 3-cü bəndi üzrə:

1. ikinci abzasda “Prezidentin Administrasiyasının” sözləri “Administrasiyanın” sözü ilə, “saxlanılmaq” sözü “mühafizə” sözü ilə əvəz edilsin;

2. üçüncü abzasda “uçotunun” sözü “qeydiyyatının” sözü ilə əvəz edilsin;

3. beşinci abzasdan “Azərbaycan Respublikası” sözləri çıxarılsın;

4. səkkizinci abzasda “Prezidentin Administrasiyası” sözləri “Administrasiyanın” sözü ilə əvəz edilsin;

1.3.5. 3-cü hissə üzrə:

1. 2-ci bənddən “Azərbaycan Respublikasının” sözləri çıxarılsın və həmin bənddə “Prezidentin Administrasiyasının” sözləri “Administrasiyanın” sözü ilə əvəz edilsin;

2. 3-cü bəndin birinci cümləsində “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının” sözləri “Administrasiyanın” sözü ilə əvəz edilsin və ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Mərkəzi Ekspert Komissiyasının iclaslarına həmçinin Dövlət Arxivinin bir nümayəndəsi dəvət olunur.”;

3. 4-cü bənd aşağıdakı redaksiyada verilsin:

“4. Mərkəzi Ekspert Komissiyasının tərkibi (sədr daxil olmaqla) Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilir. Mərkəzi Ekspert Komissiyasının sədri üzrlü səbəbə görə olmadıqda sədrin müəyyən etdiyi üzv komissiyanın iclaslarını çağırır və iclaslarda sədrlik edir.”.

2. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 347 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3 (I kitab), maddə 186; 2016, № 5, maddə 927, № 9, maddə 1464; 2017, № 3, maddə 353; 2018, № 6, maddə 1297; 2019, № 3, maddə 448; Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 13 may tarixli 3251 nömrəli Sərəncamı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rayon, şəhər, şəhərlərdə rayon icra hakimiyyəti başçılarının aparatlarında sənədlərlə iş barədə Təlimat”da aşağıdakı dəyişikliklər edilsin:

2.1. 105-ci bəndin birinci cümləsində “on il ərzində saxlanılır” sözləri “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə müvəqqəti mühafizə olunur və həmin müddət başa çatdıqdan sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydaya uyğun olaraq daimi dövlət mühafizəsinə təhvil verilir” sözləri ilə əvəz edilsin və həmin bəndin ikinci cümləsi çıxarılsın;

2.2. 118-ci bəndin birinci cümləsində və 126-cı bəndin birinci abzasının ikinci cümləsində “saxlanmaq” sözü “mühafizə” sözü ilə əvəz edilsin;

2.3. 120-ci bənddə “saxlanma” sözü “saxlanılma” sözü ilə əvəz edilsin;

2.4. 123-cü bəndin birinci abzasında “saxlanılmaq” sözü “mühafizə” sözü ilə əvəz edilsin;

2.5. 127-ci bənd üzrə:

2.5.1. birinci abzasda “saxlanılan” sözü “mühafizə olunan” sözləri ilə əvəz edilsin;

2.5.2. ikinci abzasda “beş illik müddət başa çatdıqdan sonra daimi saxlanmaq üçün Dövlət Arxivinə (onun yerli şöbə və ya filialına)” sözləri “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müvəqqəti mühafizə müddəti başa çatdıqdan sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydaya uyğun olaraq daimi dövlət mühafizəsinə” sözləri ilə əvəz edilsin;

2.5.3. üçüncü – yeddinci abzaslar ləğv edilsin.