• 28 Mart 2024
logo
Azərbaycanda daha bir universitet publik hüquqi şəxsə çevirildi

Azərbaycanda daha bir universitet publik hüquqi şəxsə çevirildi

Azərbaycanda daha bir universitet publik hüquqi şəxsə çevirilib.
Bununla bağlı Baş nazir Əli Əsədov "Azərbaycan Dövlət Pedaqoji Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında" qərar imzalayıb.
Qərarla Azərbaycan Dövlət Pedaqoji Universiteti publik hüquqi şəxsə çevirilib və yeni Nizamnaməsi təsdiqlənib. Universitetin nizamnamə fondu isə 48609595,88 (qırx səkkiz milyon altı yüz doqquz min beş yüz doxsan beş manat səksən səkkiz qəpik) manat məbləğində müəyyən edilib.