• 24 Aprel 2024
logo
"Un və çörəyin qiymətində kəskin artım gözlənilmir"

"Un və çörəyin qiymətində kəskin artım gözlənilmir"

Rusiya müharibəyə başlayan kimi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı FAO dünya ərzaq ehtiyatları barədə dəhşətli proqnozlar verməyə başladı.
Azərbaycanda ərzaq təhlükəsi, xüsusən un və çörəyin qiymətində bahalaşma gözlənilirmi?
İqtisad elmləri fəlsəfə doktoru Xaliq Məmmədov mediaya açıqlamasında bildirib ki, rəsmi rəqəmlərə nəzər salsaq görərik ki, BMT-nin təsiri ilə 1 ton ərzaqlıq buğda mayın 1-də 403 dollara qalxıb. Amma sonra hər ay qiymətlər endi - iyunda 380 dollar, iyulda 334 dollar, avqustda isə 328 dollara düşdü.
İndi də BMT-nın FAO-su elan edir ki, iyulda ərzaq qiymətləri indeksi 8,6% azalıb. Belə ki, iyunda 154,3 olan göstərici iyulda 140,9-a enib:
"Rusiyanın Ukraynada xüsusi əməliyyata başlaması təbii olaraq ərzaq təminatı və istehsallna öz mənfi təsirini göstərəcək: "Əsas səbəb hər iki ölkədə hərbi xərclərin artması, dinc yaşayışın pozulması, kənd əhalisinin normal kənd təsərrüfatı işləri ilə məşqulluğunun və ən vacibi isə loqistika zəncirinin pozulmasıdır. Digər tərəfdən toxum və gübrələrin qiymətlərinin kəskin artması da k/t məhsullarının istehsalının azalması ilə nəticələnəcək".
X.Məmmədov qeyd edib ki, Rusiya və Ukrayna böyük istehsalçı hesab olunur. Bəzi məhsullar üzrə lider ixracatçı ölkələr sayılırlar: "Bunların nəticəsidir ki, ölkəmizdə də ərzaq məhsullarının qiymətləri üzrə infilyasiya artıq keçən ilin müvafiq dövrü ilə yüksəlmişdir. Qıtlıq olması gözlənilmir, amma qiymət artımı davam edə bilər. Xüsusilə qarabaşaq, düyü və s. bu kimi məhsullar üzrə" .
Ekspert onu da vurğulayıb ki, hər cür yağlar, ət və süd məhsullarında da artım gözlənilir. Un və çörəyin qiymətində kəskin artım gözlənilən deyil.
İqtisadçı deyir ki, Azərbaycan 75% ərzaqlıq buğda idxalından asılıdır. Ötən il 572 min hektardan 1,887 milyon ton buğda istehsal etmişik. Arpa isə 374 min hektardan 1,147 milyon ton yığılıb. Göründüyü kimi ümumi 1 milyon hektara çatmır. Amma bu il 1 milyon 9 min hektarda təxminən 6:4 nisbətində buğda və arpa əkilib.
İşğaldan azad edilmiş ərazilərimizdə 50 min hektarda taxıl əkilib. Minalardan tam təmizlənmə aparılarsa, potensial 200 min hektara bərabərdir".
Qaldı FAO-nun proqnozlarına, onu çox da ciddiyə almaq lazim deyil: "Cünki o təşkilat münaqişənin nə ilə bitəcəyinə tam proqnoz verə bilməz ehtimallar isə tam hesablama ola bilməz. Belə proqnozlar özünü çox vaxt doğrultmur.
Sonda deyim ki, ölkəmiz bütün baş verəcək mənfi halları nəzərə alaraq torpaq, k/t texnikaları və başqa təchizat amillərini, bir də aqrar sahədə insan resurslarını düzgün birləşdirib professional yanaşma tətbiq etməkdə davam etməlidir. Belə olarsa ərzaq qıtlığı yaranmayacaq, daxili istehsalln artması hesabına qiymətlər stabil əl çatan olacaqdır".
Cavid