• 29 Mart 2024
logo
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 3 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olmayıb, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1, üç və daha çox doza vaksin vurduranların sayı 2 nəfər olub. Pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olmayıb.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 829 030, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 368 516, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 858 863, üç və daha çox doza vaksin vurduranların sayı 3 345 733, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 255 918 təşkil edir.