• 6 Oktyabr 2022
logo
Məktəbəhazırlıq qruplarına qəbul bu tarixdən başlanacaq

Məktəbəhazırlıq qruplarına qəbul bu tarixdən başlanacaq

Avqustun 5-dən 2022-2023-cü tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrində təşkil edilmiş məktəbəhazırlıq qruplarına ərizələrin onlayn qeydiyyatı prosesinə start veriləcək. Məktəbəhazırlıq qruplarına qəbul prosesi www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə aparılacaq.

Məktəbəhazırlıq qrupları üçün məktəb seçimi ilə əlaqədar elektron sorğu yerləşdirmə prosesi Azərbaycan bölməsi üzrə avqustun 8-dən, tədris digər dillərdə aparılan bölmələr üzrə isə avqustun 11-dən başlanılır.

Qeyd edək ki, qeydiyyat prosesi 14 sentyabr 2022-ci il tarixində yekunlaşacaq.

2022-2023-cü tədris ili üçün məktəbəhazırlıq qruplarına qəbulla bağlı ən çox verilən suallar və onların cavabları