• 26 Noyabr 2020
logo
Bu il Azərbaycanda 2 milyona yaxın ağac əkilib

Bu il Azərbaycanda 2 milyona yaxın ağac əkilib

2019-cu ilin yaz və payız ağacəkmə mövsümlərində ölkənin meşə və qeyri-meşə sahələrində ümumilikdə 1 milyon 764 min 356 ağac əkilib.

Bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ağaclar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, rayon icra hakimiyyətlərinin nümayəndələrinin iştirakı ilə əkilib.

F.Əliyev əlavə edib ki, 2019-cu ilin yaz və payız ağacəkmə mövsümlərində ayrı-ayrı vətəndaşlara, icra hakimiyyətlərinə, məktəblərə, bağçalara və digər təşkilatlara ümumilikdə 1 322 649 müxtəlif cinsli ağac tingi paylanılıb.