• 28 Mart 2024
logo
Kamran Əliyev Salyanda qəbul keçirəcək

Kamran Əliyev Salyanda qəbul keçirəcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev iyulun 19-da Salyanda vətəndaşları qəbul edəcək.
Baş Prokurorluqdan verilən məlumata görə, Salyan, Neftçala və Biləsuvar rayon sakinlərinin qəbulu saat 10:00-da Salyan rayon prokurorluğunun inzibati binasında olacaq.
Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Salyan rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instagram, facebook, telegram, twitter) vasitəsilə də qəbula yazıla bilərlər.