• 25 Aprel 2024
logo
İşsizlikdən sığorta fondunun gəlirləri və xərcləri 1 mln. manat artırılıb

İşsizlikdən sığorta fondunun gəlirləri və xərcləri 1 mln. manat artırılıb

Prezident İlham Əliyev “İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında” qanunda edilən dəyişiklikləri təsdiqləyib.
Qanuna əsasən, İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsinin gəlirləri və xərcləri 1 000 000,0 manat artırılır.
Qanuna əsasən, İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsinin gəlirləri və xərcləri 180 375 536,0 manatdan 181 375 536,0 manata çatdırılıb.