• 28 Noyabr 2020
logo
2020-ci ildə imtahanlarda iştirak edəcək nəzarətçilərin elektron qeydiyyatı yekunlaşıb

2020-ci ildə imtahanlarda iştirak edəcək nəzarətçilərin elektron qeydiyyatı yekunlaşıb

Dövlət İmtahan Mərkəzi 2020-ci ildə imtahanlarda iştirak edəcək nəzarətçilərin elektron qeydiyyatını yekunlaşdırıb.

Mərkəzdən verilən məlumata görə, qeydiyyatın nəticələrinə əsasən, baza 15003 nəfər nəzarətçidən ibarətdir. 2019-cu ildə keçiriləcək imtahanlarda iştirak edən nəzarətçilər bazası 14890 nəfərdən ibarət olub.

Cari ildə keçirilən imtahanlarda iştirak edən zal nəzarətçilərinin fəaliyyəti müxtəlif meyarlar əsasında qiymətləndirilib. Qiymətləndirmənin nəticələrinə görə, 1423 nəzarətçi müəllimə təşəkkür elan edilib, 27 nəfərin isə fəxri fərmanla təltif edilməsi nəzərdə tutulub.