• 28 Mart 2024
logo
Polis Günü Şuşada qeyd edilib

Polis Günü Şuşada qeyd edilib - FOTO

2 iyul - Polis Günü münasibəti ilə Şuşa şəhərində tədbir keçirilib.
Şuşa Rayonu Polis Şöbəsində baş tutan tədbirdə vaxtı ilə şəhərdə işləmiş veteran polis işçiləri də iştirak edib.
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin Sədri Məftun Abbasov tədbir iştirakçılarını peşə bayramı münasibəti ilə təbrik edərək qeyd edib ki, Azərbaycan daxili işlər orqanlarının əməkdaşları daim vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərinə düşən funksiyaları peşəkarlıqla yerinə yetirirlər.
Vurğulanıb ki, Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi ilə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyəti Vətən müharibəsində də fədakarlıq və qəhrəmanlıq nümunələri göstərib.
Bu gün isə işğaldan azad olunmuş ərazilərdə öz şərəfli xidmətini böyük əzm və peşəkarlıqla davam etdirirlər.
Tədbirin sonunda polis əməkdaşlarına növbəti rütbələr və veteran polis əməkdaşlarına fəxri fərmanlar təqdim olundu.

Polis Günü münasibəti ilə Şuşa şəhərində tədbirPolis Günü münasibəti ilə Şuşa şəhərində tədbirPolis Günü münasibəti ilə Şuşa şəhərində tədbir