• 24 Noyabr 2020
logo
Xaricdə doktorantura təhsili ilə bağlı sənəd qəbulunun müddəti uzadılıb

Xaricdə doktorantura təhsili ilə bağlı sənəd qəbulunun müddəti uzadılıb

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində 2020-ci ilin yaz semestrində xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi ilə bağlı elan edilmiş sənəd qəbulunun müddəti uzadılıb.

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, qeyd olunan proqram çərçivəsində sənəd qəbulunun müddəti 25 yanvar 2020-ci il tarixinədək uzadılıb.