• 6 Dekabr 2020
logo
Bu gün və sabah bütün məktəblərdə dərs günü olacaq

Bu gün və sabah bütün məktəblərdə dərs günü olacaq

Nazirlər Kabinetinin qərarına uyğun olaraq, bu gün ölkənin bütün orta ümumtəhsil müəssisələrində dərs günü olacaq.

Təhsil Nazirliyindən verilən məlumata görə, Nazirlər Kabinetinin 2 dekabr 2019-cu il tarixli, 461 saylı qərarına əsasən, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə 2019-cu ilin 28 və 29 dekabr istirahət günləri ilə 2020-ci ilin 3 və 6 yanvar iş günlərinin yerləri dəyişdirilib.

Bu qərara müvafiq olaraq, dekabrın 28,29 və 30-da bütün təhsil müəssisələrində dərs günü hesab edilir. Bütün məktəblərdə tədris yanvarın 7-də başlanılır.