• 20 Avqust 2022
logo
Azərbaycanda özəl tibb müəssisələrinin birliyi təsis ediləcək

Azərbaycanda özəl tibb müəssisələrinin birliyi təsis ediləcək

Aparılan təhlillər göstərir ki, Azərbaycanda özəl tibb müəssisələrinin birliyinin təsis edilməsinə böyük ehtiyac var.
Bunu "Tibb biznesində perspektiv imkanlar " mövzusunda keçirilən ictimai müzakirədə çıxış edərkən səhiyyə naziri Teymur Musayev deyib.
Onun sözlərinə görə, nazirlik olaraq belə bir birliyin yaradılması vacib hesab olunur: "Belə bir birlik ölkə ərazisində özəl tibb müəssisələrinin qarşılıqlı əlaqəsinin inkişafına, əhalinin sağlamlığının qorunması sahəsində göstərilən tibb xidmətlərinin keyfiyyətinin artırılmasına, ən əsası dövlət-özəl dialoqunun təşviqinə töhfə vermiş olardı. Bu gün Səhiyyə Nazirliyi və Azərbaycan Sahibkarlar Konfederasiyası arasında əməkdaşlıq memorandumu imzalanacaq. Əminəm ki, bu memorandum dövlət və özəl səhiyyə sektoru arasında münasibətlərin dərinləşməsinə, birgə əməkdaşlığın genişlənməsinə töhfə verəcək", - deyə nazir qeyd edib.