• 29 Mart 2024
logo
Dövlət qulluqçularının məvacibindəki artımların ödənişlərə şamil olunması qaydası müəyyənləşib

Dövlət qulluqçularının məvacibindəki artımların ödənişlərə şamil olunması qaydası müəyyənləşib

Dövlət məvacibindəki sonrakı artımlar dövlət qulluqçusunun müvafiq vəzifədə işlədiyi vaxt dövlət məvacibinə daxil olan ödənişlərdəki artımlara şamil olunacaq.
Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanması Qaydaları”nda edilən dəyişiklikdə əksini tapıb. Bundan sonra ailə üzvlərindən biri (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.13-cü maddəsinə uyğun olaraq ailə başçısının qulluq stajına görə əlavə təyin olunmuş əri (arvadı) və övladları istisna olmaqla) öz seçimi ilə digər növ əmək pensiyası və ya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsinə əsasən sosial müavinət (ailə başçısını itirməyə görə sosial müavinət istisna olmaqla) aldıqda, ailə başçısını itirməyə görə ona düşən əmək pensiyasının məbləği digər ailə üzvləri arasında bölüşdürülməklə, onların əmək pensiyasının məbləği yenidən hesablanır.