• 29 Mart 2024
logo
"Əhalinin sosial müdafiəsi istiqamətinə daha ciddi diqqət yetirilir"

"Əhalinin sosial müdafiəsi istiqamətinə daha ciddi diqqət yetirilir" - Musa Quliyev

"Ölkəmizin iqtisadi gücü artıqca, əhalinin sosial müdafiəsi istiqamətinə də daha ciddi diqqət yetirilir".
Xalqcəbhəsi.az xəbər verir ki, bunu Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında deyib. “Dövlət Sosial Müdafiə Fondu və İşsizlikdən Müdafiə Fondunun büdcəsindəki artımlar bizim əhalimizin sosial müdafiəsinin daha da gücləndirilməsinə xidmət edəcək. DSMF-nin büdcəsinin həm gəlirlər, həm xərcləri bərabər olaraq, 299,5 milyon manat artırılacaq. Bunların böyük bir hissəsi Cənab Prezidentin sərəncamı ilə vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən maddi yardımın ödənilməsinə təminat yaradır”.
Əli