• 25 Aprel 2025
logo
Azərbaycanda yeni səhralaşma ocaqları müəyyən edilib

Azərbaycanda yeni səhralaşma ocaqları müəyyən edilib

AMEA Coğrafiya İnstitutunun apardığı tədqiqatlar zamanı yeni səhralaşma ocaqları müəyyən edilib.

İnstitutdan verilən məlumata görə, yeni ocaqlar Mil düzünün Şirinqum təpələri ərazisində aparılan çöl-tədqiqat işləri nəticəsində aşkarlanıb.

Araşdırma zamanı Mil düzündə səhra landşaftının 45 hektara qədər ərazini əhatə etməsi müəyyən edilib. Təpələrin mütləq və nisbi hündürlükləri ölçülüb, coğrafi koordinatlar dəqiqləşdirilib.

Ərazidə 20-yə qədər barxan tipli eol relyef formaları müşahidə olunub.

Tədqiqatlar davam etdirilir.