• 29 Mart 2024
logo
“Mədəniyyətin iqtisadiyyatı: Şuşadan inkişaf impulsları” konfransına hazırlıq davam edir

“Mədəniyyətin iqtisadiyyatı: Şuşadan inkişaf impulsları” konfransına hazırlıq davam edir

İyunun 23-də AMEA İqtisadiyyat İnstitutunda “Mədəniyyətin iqtisadiyyatı: Şuşadan inkişaf impulsları” Beynəlxalq elmi-praktik konfransın Təşkilat komitəsinin növbəti iclası keçirilib.
Toplantıda təşkilatçı qurumların məsul şəxsləri iştirak edib.
Təşkilat komitəsi konfransın formatı və təşkili ilə bağlı çoxsaylı məsələləri müzakirə edib. Konfransın Şuşa şəhərində 2 gün ərzində davam etməsi və ehtiyac yaranarsa, daha bir elmi sessiyanın Bakıda təşkil olunması məqsədəuyğun sayılıb. Həmçinin konfransda iştirakı nəzərdə tutulan xarici qonaqlarla məsləhətləşmələrin gedişi müzakirə olunub.
Xatırladırıq ki, “Mədəniyyətin iqtisadiyyatı: Şuşadan inkişaf impulsları” Beynəlxalq elmi-praktik konfrans Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində bu il sentyabrın 18-19-da keçiriləcək. Konfransa “Qarabağda yeni iqtisadiyyat quruculuğu və mədəniyyət sahələrinin inkişafı” və “Şuşada kreativ iqtisadiyyatın formaslaşdırılması” bölmələri üzrə məruzə mətnlərinin qəbulu davam edir. Konfransda iştirak etmək istəyən mütəxəssislər məruzələrin təqdim olunma şərtlərini aşağıdakı link vasitəsi ilə əldə edə bilərlər.
http://economics.com.az/index.php/tedbirler/konfranslar/item/2575-maedaeniyyaetin-izhtisadiyyati-shushadan-inkishaf-impulslari-beynaelkhalzh-elmi-praktik-konfrans-kedzhirilaedzaek.html