• 25 Aprel 2025
logo
BNA bu il 7 nəfər könüllünü işlə təmin edib

BNA bu il 7 nəfər könüllünü işlə təmin edib

Bakı Nəqliyyat Agentliyinin 2019-cu il ərzində "Könüllülük Proqramı" çərçivəsində 124 könüllü müsabiqədən keçib.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, il ərzində müsabiqədən keçən könüllülərdən 60 nəfərə qədər proqrama seçilib, 35 könüllü məzun adını qazanıb, 7 könüllü işlə təmin edilib.

Həmçinin proqram çərçivəsində 24 könüllü "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzində xidmət göstərib, 30 könüllü isə agentliyin fəaliyyətində iştirak edib.