• 3 Dekabr 2020
logo
Pirallahı rayonunda qanvermə aksiyası keçirilib

Pirallahı rayonunda qanvermə aksiyası keçirilib

Pirallahı Rayon İcra Hakimiyyətinin və YAP Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı, 10 saylı Birləşmiş Şəhər Xəstəxanasının kollektivinin fəallığı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin doğum günü münasibətilə qanvermə aksiyası keçirilib.

YAP Pirallahı rayon təşkilatından Avrasiya.net-ə verilən məlumata görə, bu humanitar aksiyada rayon idarə, müəssisə və təşkilatlarının kollektivləri, ictimaiyyət nümayəndələri və fəal gənclər iştirak ediblər.

Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hemotoloqları tərəfindən hər bir donorun sağlamlığı öncədən müəyyən olunub. Onlardan qan analizi götürülərək sağlam olub-olmamaları müəyyənləşdirilir. Belə ki, qanvermə aksiyasında 300-ə yaxın rayon sakini iştirak edərək talassemiyalı və hemofiliyalı xəstələrə yardım üçün könüllü olaraq qan verib. Aksiyada yüksək fəallıqla iştirak edən donorlar qanvermənin xeyirxah və savab iş olduğunu bildirərək, bu aksiyalarda iştirak etmənin hər bir kəsin vətəndaşlıq borcu olduğunu bildiriblər.