• 1 Dekabr 2020
logo
Umayra Tağıyeva: Qışın mülayim keçməsinin yayla heç bir əlaqəsi yoxdur

Umayra Tağıyeva: Qışın mülayim keçməsinin yayla heç bir əlaqəsi yoxdur

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva builki qışın mülayim keçməsi ilə əlaqədar yayın da isti keçəcəyi barədə səslənən fikirlərə münasibət bildirib.

U.Tağıyeva bu gün keçirdiyi brifinqdə deyib ki, qış dövründə müşahidə edilən hava şəraiti ilə yayda gözlənilən hava şəraiti arasında analogiyalar izləmək mümkün deyil.

Çoxillik meteoroloji məlumatların təhlili də göstərir ki, qış və yay arasında heç bir əlaqə yoxdur.

U.Tağıyeva qeyd edib ki, son 10 ildə iqlimin daha sürətlə dəyişməsi müşahidə olunur:

"Qlobal iqlim dəyişməsi bütün dünyanı narahat edən prosesdir. Azərbaycan da iqlim dəyişmələrinin qarşısının alınması üçün üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq, ölkədə istilik effekti yaradan qazların konsentrasiyasının azalmasına yönələn tədbirlər həyata keçirir".