• 30 Noyabr 2020
logo
Gələn il 12 mindən yuxarı uşaq icma əsaslı məktəbəqədər təhsil qruplarına cəlb olunacaq

Gələn il 12 mindən yuxarı uşaq icma əsaslı məktəbəqədər təhsil qruplarına cəlb olunacaq

Gələn il 12 mindən yuxarı uşaq icma əsaslı məktəbəqədər təhsil qruplarına cəlb olunacaq.

Təhsil Nazirliyindən verilən məlumata görə, cari tədris ilində icma əsaslı məktəbəqədər təhsil qruplarının sayı artırılaraq 328-ə, uşaqların sayı isə 6 min nəfərə çatdırılıb.

Növbəti ildə daha 250 qrupun yaradılması, cəlb olunan uşaqların sayının 12 400 nəfərə çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, 3-5 yaşlı uşaqların icma əsaslı məktəbəqədər təhsilə cəlb olunması layihəsi UNICEF və Avropa Birliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.