• 3 Dekabr 2020
logo
İdris İsayev: Ali məktəblər elmi-tədqiqat fəaliyyətini kommersiyalaşdırmalıdırlar

İdris İsayev: Ali məktəblər elmi-tədqiqat fəaliyyətini kommersiyalaşdırmalıdırlar

Azərbaycanda ali təhsil müəssisələri elmi-tədqiqat fəaliyyətinə diqqət yetirməlidirlər. Onlar bu fəaliyyətlərini kommersiyalaşdırmalıdırlar.

Bunu Təhsil nazirinin müavini İdris İsayev deyib.

Onun sözlərinə görə, son 25-30 ildə cəmiyyətin sürətli inkişafı ilə əlaqədar bir çox ölkələr innovasiya və təhsilə xüsusi diqqət yetirir, bu sahəyə investisiya yatırırlar. Son 10 ildə belə ölkələrdə əsas fondlara yönəldilən investisiyanın artım sürəti 2,2 faiz təşkil edirsə, təhsil və innovasiyalara yönəldilən investisiyanın artım sürəti 3,4 faizdir.

İ.İsayev əlavə edib ki, bu gün ömürboyu təhsil, bilik əsaslı iqtisadiyyat təhsilin əsas istiqamətlərindən biridir:

"Ona görə də ali təhsil müəssisələrimiz bu proseslərin başında durmalıdırlar. Ali təhsil müəssisələrimiz innovasiyaların daşıyıcısı deyil, yaradıcısı olmalıdırlar. Bu, bizim əsas hədəfimizdir. Strateji yol xəritələrində də təhsil müəssisələrinin innovasiya xarakterli fəaliyyəti dəstəklənib. Düzdür, bizim ali təhsil müəssisələrimizin müəyyən bir qismində biznes-inkubator, texnologiyalar üzrə baza resurs kimi mərkəzlər var, bəzi startup layihələri dəstəklənir. Amma bu, kifayət qədər deyil".