• 16 Aprel 2024
logo
Dövlət Komitəsi: 40-a yaxın kəhrizin bərpası nəzərdə tutulur

Dövlət Komitəsi: 40-a yaxın kəhrizin bərpası nəzərdə tutulur

“Ağdam, Ağcabədi, Bərdə, Füzuli, Gəncə, Qazax, Goranboy və Göygöl rayonlarının ərazisində 40-a yaxın kəhrizin bərpası nəzərdə tutulur".
Bunu “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsinə həsr olunmuş “Kəhriz Sistemləri Memarlıq Abidəsi, Dayanıqlı Su Sistemi,İctimai və İqtisadi İnkişafın Əsası kimi” başlıqlı beynəlxalq konfransda Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov deyib.
Onun sözlərinə görə, münaqişənin ilk illərində beynəlxalq təşkilatlar qaçqın və məcburi köçkünlərə böyük dəstək göstərib:
“Bu istiqamətdə BMT təsisatlarının, eləcə də Beynəlxalq Miqrasiya Təşkilatının fəaliyyəti xüsusi ilə diqqətəlayiqdir və onların məcburi köçkünlərlə bağlı fəaliyyəti yüksək qiymətləndirilir. 1999-cu ildən Beynəlxalq Miqrasiya Təşkilatının müxtəlif donor təşkilatları ilə birgə Azərbaycandakı kəhrizlərin bərpası ilə bağlı layihə hayat keçirilir. Bu günədək ümumilikdə kəhrizlərin bərpası ilə əlaqədar 10 layihə icra edilib. BMqT-in Azərbaycan nümayəndəliyinin Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə həyata keçirdiyi "Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafi" layihəsi də bu qəbildəndir. Layihə çərçivəsində məcburi köçkünlərin də sıx məskunlaşdığı Ağdam, Ağcabədi, Bərdə, Füzuli, Gəncə, Qazax, Goranboy və Göygöl rayonlarının ərazisində 40-a yaxın kəhrizin bərpası nəzərdə tutulur”.