• 28 İyun 2022
logo
KTM: Bu ay qida zəhərlənmələri əsasən meyvə-tərəvəzdən olub

KTM: Bu ay qida zəhərlənmələri əsasən meyvə-tərəvəzdən olub

Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə may ayı ərzində tək qida zəhərlənməsindən 16 nəfər müraciət edib.
Şöbə müdiri Azər Maqsudovun sözlərinə görə, əsas zəhərlənmələr meyvə və tərəvəz məhsulları ilə qidalanmadan baş verir:
“Buna səbəb isə meyvə və tərəvəz məhsullarına verilən gübrənin tərkibində nitratların və nitritlərin çox olmasıdır. Bu cür zəhərlənmə hallarında vətəndaşlar əsasən mədə nahiyəsində olan ağrılardan, köpdən, ürəkbulanmadan, qusmadan, baş gicəllənmədən, ümumi zəiflikdən və ishaldan şikayətlənir. Belə hallarla qarşılaşdıqda mütləq həkimə müraciət etmək lazımdır”.