• 20 Aprel 2024
logo
DİM: 6 nəfərdə mobil telefon aşkarlanıb

DİM: 6 nəfərdə mobil telefon aşkarlanıb

Bu gün keçirilən III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı zamanı 6 nəfər imtahandan xaric olunub.
Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, imtahanın gedişi zamanı 6 nəfərdə mobil telefon (ilk telefon saat 12-də müəyyən edilib) aşkarlandığı üçün imtahandan xaric olunub.
Üzərində mobil telefon tutulduğu üçün imtahandan xaric olunanların nəticələri ləğv olunacaq və onlar yay qəbul imtahanlarına da buraxılmayacaq.