“Meymun çiçəyi” xəstəliyinə 80-ə yaxın yoluxma halı təsdiqlənib.
Bu barədə bu gün Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “Twitter“ hesabında məlumat verib.
Bildirilib ki, daha 50-yə yaxın yoluxma halı barədə araşdırma aparılır.
Vurğulanıb ki, son vaxtlar bu xəstəlik onun üçün ənənəvi olmayan 11 ölkədə qeydə alınıb.