• 28 İyun 2022
logo
Hava yağmursuz keçəcək, 29 dərəcə isti olacaq

Hava yağmursuz keçəcək, 29 dərəcə isti olacaq - SABAHIN HAVASI

Mayın 22-nə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.
Mülayim cənub-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 12-15° isti, gündüz 19-23° isti olacaq. Bakıda gecə 13-15° isti, gündüz 21-23° isti olacaq.
Atmosfer təzyiqi 762 mm civə sütunundan 754 mm civə sütununa enəcək.
Nisbi rütubət 65-75 % olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər saatlarında duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 9-14° isti, gündüz 24-29° isti, dağlarda gecə 0-5° isti, gündüz 11-16° isti olacaq.