• 28 İyun 2022
logo
Nazir: "Tələbələrimiz İsraildə aqrar sahə üzrə təhsil alacaq"

Nazir: "Tələbələrimiz İsraildə aqrar sahə üzrə təhsil alacaq"

Bu ilin sentyabr ayından etibarən 50 azərbaycanlı tələbə İsraildə aqrar sahədə təhsil alacaq.
Bunu kənd təsərrüfatı naziri İnam Kərimov deyib.
Onun sözlərinə görə, ölkənin gənc mütəxəssislərinin xarici ölkələrdə təhsillərini davam etmələri aqrar sahənin inkişafına əlavə dəstək olacaq.
Nazir bildirib ki, İsrail hökuməti və sahə nazirliyi bu layihəni dəstəkləyir. "Bu layihə gənc mütəxəssislər üçün çox böyük əhəmiyyət kəsb edir. Tələbələr bir il ərzində həm aqrar sahədə çalışacaqlar və həm də fəaliyyət göstərəcəklər. Bir ildən sonra geri dönərək öz fəaliyyətlərini Azərbaycanda davam edəcəklər",- deyə nazir qeyd edib.
Nazir həmçinin bildirib ki, təcrübə proqramı çərçivəsində tələbələrin əsas məqsədi İsraildə aqrar sahədə mövcud olan yenilikləri, aqrar sahədə olan innovasiyaları, texnologiyaları, bilikləri öyrənmək, mənimsəmək və geri qayıdaraq onları Azərbaycanda tətbiq etməkdir.