• 20 Aprel 2024
logo
Yerdəyişmə üzrə növbəti vakansiya seçimi mərhələsinə başlanıb

Yerdəyişmə üzrə növbəti vakansiya seçimi mərhələsinə başlanıb

Bu gün Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə start verilib.
Nazirlikdən verilən xəbərə görə, vakansiya seçimi üçün elektron sistem 23 may saat 11:00-dək aktiv olacaq və namizədlər həmin tarixədək vakansiya seçimi edərək elektron ərizələrini təsdiqləməlidirlər.
Qeyd olunan tarixdə keçiriləcək vakansiya seçimində müsabiqə üzrə qeydiyyatdan keçmiş və elektron ərizəsi qəbul olunmuş namizədlər iştirak edə bilərlər.
Vakansiya seçimi mərhələsində iştirak edəcək şəxslərə diqqətli olmaq və seçim etdikdən sonra elektron ərizələrini təsdiqləməyi unutmamaq tövsiyə edilir.