• 13 Noyabr 2024
logo
Bakalavriat səviyyəsi üzrə orta tibb işçiləri hazırlanacaq

Bakalavriat səviyyəsi üzrə orta tibb işçiləri hazırlanacaq

Azərbaycan Tibb Universitetində bakalavriat səviyyəsi üzrə orta tibb işçiləri hazırlananacaq. Bu da regionlarda, kəndlərdə, daha ucqar yerlərdə kadrlara olan ehtiyacı ödəməyə kömək edəcək.

Bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Nabil Seyidov "Qeyri-infeksion xəstəliklərin yükü və mübarizə strategiyaları" mövzusunda konfransda deyib.

Onun sözlərinə görə, əksər Avropa ölkələrində ictimai səhiyyə üzrə orta tibb kadrları hazırlanır:

"Onlar adi orta tibb işçisindən fərqi olaraq, daha geniş bilik və bacarıqlara malikdir və profilaktik iş apara bilirlər. Azərbaycanda da belə kadrların hazırlanmasına ehtiyac var və artıq bu sahədə işlərə başlanılıb. Azərbaycan Tibb Universitetində bakalavriat səviyyəsi üzrə hazırlanacaq orta tibb kadrları da profilaktik tədbirlər apara biləcəklər".