• 25 Noyabr 2020
logo
İlin sonunadək daha 3 rayonda “ASAN xidmət” mərkəzləri açılacaq

İlin sonunadək daha 3 rayonda “ASAN xidmət” mərkəzləri açılacaq

İlin sonunadək Kürdəmir, Ağcabədi və Tovuzda “ASAN xidmət” mərkəzlərinin açılması planlaşdırılır.

Bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

O xatırladıb ki, bir müddət əvvəl Şamaxıda “ASAN xidmət” mərkəzi açılıb:

“Dövlət başçısının əsas tapşırığı ondan ibarətdir ki, “ASAN xidmət” qısa müddət ərzində bütün regionları əhatə etməlidir”.

Qeyd edək ki, bu gün “ASAN Xidmət” mərkəzinə edilən 35 milyonuncu müraciətlə əlaqədar tədbir keçirilib.