• 30 Noyabr 2020
logo
Bu il 21 taksi duracaq məntəqəsi yaradılıb, 100 metr velosiped yolu inşa edilib

Bu il 21 taksi duracaq məntəqəsi yaradılıb, 100 metr velosiped yolu inşa edilib

Bakı Nəqliyyat Agentliyi il ərazində paytaxtın yol infrastrukturunun yaxşılaşdırılması ilə bağlı görülən işlər barədə məlumat yayıb.

Agentlikdən verilən məlumatda bildirilir ki, il ərzində paytaxtda pilot layihə kimi 100 metr velosiped yolu inşa edilib:

"Hesabat dövründə həmçinin 675 metrlik piyada səkisi "ideal səki" tələblərinə uyğunlaşdırılıb, 256 avtobus dayanacaq pavilyonu təmir edilib, dəmir yolu keçidlərində 218 yol nişanı quraşdırılıb. Bununla yanaşı, il ərzində 19 ədəd 3.27 yol nişanı 3.28 nişanı ilə əvəz edilib, 21 taksi duracaq məntəqəsi təşkil olunub".