• 7 Oktyabr 2024
logo
Orxan Fikrətoğlu: "Mən yemək bişirməyəcəm"

Orxan Fikrətoğlu: "Mən yemək bişirməyəcəm"

"Mən həm Dövlət Turizm Agentliyinə, həm Tahir Əmiraslanova milli irs zəminində yardım etmək fikrindəyəm. Tarixi, diplomatik və siyasi sahədə əlbəttə ki. Buna ehtiyac var".
Bunu Orxan Fikrətoğlu deyib.
O bildirib ki, kulinariya ancaq yemək demək deyil. Milli mədəniyyətin bir qoludur və dövlətin yumşaq siyasət yürütdüyü mühüm sahədir:
"Azərbaycanın bir çox sahələrində intibaha ehtiyac var. Milli kulinariyanın dijital formatda yeni TV varinatda təqdimatı bütün dünyaya çıxarılacaq. Bu sahənin təhsil mexanizmi nəhayət ki, qurulacaq. İctimai nəzarət mexanizmləri, şəffaflıq təmin ediləcək.
Kulinariya bir çoxlarının fikrində deyəsən bozbaşxana kimi şəkillənib. Mən Dövlət Turizm Agentliyinə bu streotipi dağıtmaqda Tahir Əmiraslanov və digərləri ilə birlikdə kömək edirəm.
Sakit olun. Mən yemək bişirməyəcəm.
Əlbəttə ki, kulinariya mənim sahəm deyil. Amma bir vaxtlar kino və TV də mənim sahəm deyildi. Sonralar oldu.
Bacarırsızsa, bu sahədə bizə kömək edin. Bacarmırsızsa, kasada qurd axtarmayın".
Qeyd edək ki, Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanov vəzifəsindən azad edilib, onun yerinə tanınmış teleaparıcı, yazıçı Orxan Fikrətoğlu təyin edilib.