• 11 Oktyabr 2024
logo
Xaricdə təhsil almış tibb və əczaçılıq işçiləri imtahana cəlb olunacaq

Xaricdə təhsil almış tibb və əczaçılıq işçiləri imtahana cəlb olunacaq

Xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin bilik səviyyəsinin və peşə səriştəsinin yoxlanılması üçün imtahan keçiriləcək.
Bu barədə səhiyyə naziri Teymur Musayev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, 1 ay müddətində imtahanın keçirilməsi qaydası barədə Nazirliyin kollegiya qərarının layihəsi hazırlanacaq.
İmtahanın keçirilməsi üçün lazım olan imtahan proqramı və suallar toplusu 3 ay müddətində hazırlanaraq kadr məsələləri üzrə komissiyaya təqdim ediləcək.