Postmüharibə dövründə 45 min şəxs 50 min sosial dəstək tədbiri ilə əhatə olunub.
Bu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2021-ci il üzrə hesabatında əksini tapıb. Bildirilib ki, 3021 şəhidin (o cümlədən 86 mülki şəhid) 7942 ailə üzvünə 15841 sosial ödəniş (7683 Prezident təqaüdü, 5576 sosial müavinət, 2582 pensiya) təyin edilib və proses hazırda davam etməkdədir.
Postmüharibə dövründə 2515 müharibə ilə əlaqədar əlilliyi olan şəxsə 5030 sosial ödəniş təyin edilib. Bütün mülki şəhidlərin ailə üzvlərinə (220 nəfərə 465 ödəniş) sosial ödəniş təyinatları yekunlaşdırılıb.