• 10 Oktyabr 2024
logo
İslam dini xadimlərinin vəzifədən azad edilməsinə dair yeni prosedur müəyyənləşib

İslam dini xadimlərinin vəzifədən azad edilməsinə dair yeni prosedur müəyyənləşib

İslam dini xadimlərinin tutduğu vəzifədən azad edilməsinə dair yeni prosedur müəyyənləşib.
Bu, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Kollegiyası təsdiqlədiyi “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”nda əksini tapıb.
Din xadimi aşağıdakı əsaslar olduqda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin əmri ilə tutduğu vəzifədən azad edilir:
- öz arzusu ilə;
- attestasiyadan keçmədikdə, habelə ardıcıl olaraq 2 (iki) dəfə attestasiyada üzrlü səbəb olmadan iştirak etmədikdə;
- Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə və ya Azərbaycan Respublikasından daimi yaşayış üçün başqa ölkəyə köçdükdə;
- əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar əmək funksiyasını yerinə yetirə bilmədikdə;
- cinayət törətdikdə barəsində məhkəmənin qanuni qüvvəyə minmiş hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qanuni qüvvəyə minmiş qərarı olduqda;
- vəfat etdikdə, habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə;
- dövlət orqanlarına seçildikdə və ya təyin olunduqda;
- fəaliyyətində, o cümlədən moizələrin (xütbələrin) oxunmasında “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulduqda, habelə dini və sosial ayrı-seçkilik, məzhəbçilik və digər qanunazidd hallar aşkar edildikdə;
- fəaliyyətində mənəvi dəyərlərə, etik-əxlaqi prinsiplərə, habelə din xadimi fəaliyyətinə zidd hərəkətlər aşkar edildikdə;
- xarici dövlətlər və təşkilatlar, habelə əcnəbi və vətəndaşlığı olmayan şəxslərdən hər hansı formada yardım aldıqda;
- xarici dövlətlər və təşkilatlar, habelə əcnəbi və vətəndaşlığı olmayan şəxslər qarşısında öhdəliyi yarandıqda.
- Din xadimi tutduğu vəzifədən azad edilməsi barədə əmrdən inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət edə bilər.