• 27 Noyabr 2020
logo
BDU-da Şirməmməd Hüseynovun barelyefi qoyuldu

BDU-da Şirməmməd Hüseynovun barelyefi qoyuldu

Bakı Dövlət Universitetində Azərbaycanın görkəmli alim və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, Bakı Dövlət Universitetinin mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru Şirməmməd Hüseynovun barelyefi açılıb.

Açılış mərasimində Jurnalistika fakultəsinin müəllim və tələbə heyəti, o cümlədən tanınmış ziyalılar, jurnalistlər iştirak ediblər. Tədbirdə çıxış edən Əməkdar jurnalist Cahangir Məmmədli, Elçin Mirzəbəyli, Mətbuat Şurasının sədri Əflatun Amaşov, REAL TV-nin rəhbəri Mir Şahin çıxış edərək böyük müəllim haqqında xoş sözlər söyləyiblər. Daha sonra Fəxri Xiyabanda Şirməmməd Hüseynovun məzarı ziyarət edilib.

Şirməmməd Hüseynov 1924-cü ildə Şəkidə anadan olub. 1940-cı ildə orta məktəbi bitirib. 1941-1943-cü illərdə Şəki Müəllimlər İnstitutunun fizika-riyaziyyat fakültəsinə daxil olub. İkinci dünya müharibəsi dövründə Zaqatalada və Şəkidə müəllim işləyib. 1945-1950-ci illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsini bitirib. 1950-1954-cü illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinin aspiranturasında təhsilini davam etdirib. 1954-cü ildə MDU, jurnalistika fakültəsində namizədlik dissertasiyası müdafiə edib. 1954-1961-ci illərdə BDU, filologiya fakültəsi jurnalistika kafedrasının müəllimi, dosent vəzifələrində çalışıb. 1962-1969-cu illərdə BDU, filologiya fakültəsinin dekan müavini, 1961-1971-ci illərdə BDU, jurnalistikanın nəzəriyyə və təcrübəsi kafedrasının dosenti, 1971-1976-cı illərdə isə BDU, Jurnalistika fakültasinin dekanı vəzifəsində çalışıb. 1971-1988-ci illərdə BDU, mətbuat tarixi kafedrasının dosenti, 1976-1988-ci illərdə BDU, mətbuat tarixi kafedrasının müdiri 1988-ci ildən isə BDU, mətbuat tarixi kafedrasının professoru olmuşdur

Şirməmməd Hüseynov 2019-cu il iyunun 24-də vəfat edib.

“95 yaşında dünyasını dəyişib.