• 28 May 2022
logo
Şəhid ailəsinə pensiya ödənilməsi qaydası dəyişir

Şəhid ailəsinə pensiya ödənilməsi qaydası dəyişir

Ailə başçısına şəhid statusu verildiyi tarixlə müraciət olunan tarix arasındakı müddət üzrə də pensiya məbləği ödəniləcək.
Bu, “Əmək pensiyası haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin videokonfrans formatında keçirilən iclasında qanun layihəsi ikinci oxunuşda müzakirə olunub və parlamentin plenar iclasına tövsiyə edilib.