• 25 Noyabr 2020
logo
Pensiya yaşına çatanlar üçün mərkəzlər... - Nazir

Pensiya yaşına çatanlar üçün mərkəzlər... - Nazir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial işçiləri tənha, kimsəsiz, əlil, ehtiyacı olan və özünə qulluq edə bilməyən insanların evlərinə gedərək onlara xidmət göstərir.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev “Sosial xidmətlər sahəsində qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq: nailiyyətlər və perspektivlər” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, il ərzində təxminən 10 min insana bu mexanizm vasitəsilə nazirliyin 1000-ə yaxın sosial xidmətçisi tərəfindən evlərində xidmət göstərilir.
“Bu model daha da təkmilləşdiriləcək. Beynəlxalq təcrübəyə uyğun şəkildə ahıl, tənha şəxslərə evdə xidmət göstərilməsi prosedurlarının mexanizmləri və əhatə dairəsi daha da genişləndiriləcək”.
S.Babayev qeyd edib ki, bu gün nazirliyin tərkibində 15 növ sosial xidmət var:
“Pensiya yaşına çatan şəxslər üçün onadək ahıllar mərkəzinin yaradılması nəzərdə tutulur. Bu mərkəzlərinin fəaliyyəti ölkə üzrə sosial xidmət şəbəkəsinin yaradılmasına böyük bir dəstəkdir. Sözügedən şəbəkə bütün rayonları əhatə etməlidir”.