• 25 May 2022
logo
Peyvəndləmə göstəricisi aşağı olan bölgələr açıqlanıb

Peyvəndləmə göstəricisi aşağı olan bölgələr açıqlanıb

Azərbaycanın regionlarında peyvəndləmə göstəricisi aşağı olan bölgələr açıqlanıb.
Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Nümayəndəliyindən verilən xəbərə görə, 2021-ci ilin yekunlarına görə, Yevlax, Yardımlı, Ucar, Göygöl, Qobustan, İmişli rayonlarında və Mingəçevir, Naftalan şəhərlərində peyvəndləmənin yerinə yetirilmə göstəricisinin aşağı olması müşahidə olunub. Bu səbəbdən həmin rayon və şəhərlərdə Səhiyyə Nazirliyi Gigiyena Epidemiologiya Mərkəzininin mütəxəssisləri tərəfindən ÜST-nin dəstəyi ilə monitorinq və təlimlər keçirilir.
Qeyd edilib ki, müəyyən müddət ərzində müxtəlif səbəblərdən peyvəndlənmədən kənarda qalmış uşaqların planlı vaksinasiyaya cəlb olunması Avropa İmmunlaşdırma Həftəsinin əsas məqsədlərindəndir.